İDMAN


“Qarabağ” klubunun UEFA Çempionlar Liqasındakı rəqibi müəyyənləşib

Bakı, 19 iyun, AZƏRTAC

İyunun 19-da İsveçrənin Nyon şəhərində UEFA Çempionlar Liqasının I və II təsnifat mərhələlərinin püşkatma mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, Avropanın ən nüfuzlu klub turnirində Azərbaycanı təmsil edən “Qarabağ” komandası mübarizəyə I təsnifat mərhələsindən başlayacaq. Turnirin birinci təsnifat mərhələsində “Qarabağ”ın rəqibi Sloveniyanın “Olimpiya Lyublyana” komandası olub.

Bu mərhələnin ilk qarşılaşmaları iyulun 10-11-də, cavab görüşləri isə bir həftə sonra keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.