İDMAN


“Qarabağ” klubunun direktoru akademiyanın heyəti ilə görüşüb

Bakı, 10 oktyabr, Nicat Məmmədov, AZƏRTAC

Oktyabrın 10-da “Qarabağ” futbol klubunun bazasında akademiya heyəti ilə görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, klubun direktoru Əmrah Çəlikəlin rəhbərliyi ilə baş tutan tədbirdə akademiyanın məşqçi, texniki-inzibati heyəti ilə fikir mübadiləsi aparılıb.

Akademiyanın hazırkı durumu ilə bağlı danışan Əmrah Çəlikəl əsas məqsədin Azərbaycan futboluna yeni oyunçular bəxş etmək və müvafiq yaş qruplarına üzrə milli komandalara çox sayda futbolçu vermək olduğunu bildirib. Aşağı yaş qrupları üzrə komandaların vəziyyəti müzakirə olunub və mövcud problemləri müəyyənləşdirilib.

Sonda Əmrah Çəlikəl məşqçilərin fikirlərini dinləyib və onların suallarını cavablandırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.