İDMAN


“Qarabağ” klubunun rəqibi Türkiyəyə dəstək nümayiş etdirib

“Qarabağ” klubunun rəqibi Türkiyəyə dəstək nümayiş etdirib

Bakı, 7 fevral, AZƏRTAC

UEFA Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”ın rəqibi Belçikanın “Gent” klubu Türkiyəyə dəstək nümayiş etdirib.

AZƏRTAC xəbər verir ki, Belçika klubunun ev oyunlarını keçirdiyi “Ghelamco Arena” Türkiyə bayrağı ilə işıqlandırılıb.

Türkiyədə baş verən yeraltı təkanlar nəticəsində 3549 nəfər həlak olub.

“Qarabağ” “Gent”ə qarşı ilk oyununu fevralın 16-da Bakıda, cavab qarşılaşmasını isə bir həftə sonra məhz “Ghelamco Arena”da keçirəcək.

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.