İDMAN


“Qarabağ” komandası “Ferentsvaroş” ilə matçda birinci hissədən sonra hesabda öndədir

Bakı, 9 avqust, AZƏRTAC

UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçirilən “Qarabağ” - “Ferentsvaroş” matçının birinci hissəsi başa çatıb.

AZƏRTAC xəbər verir ki, Budapeştdəki “Groupama Arena”da keçirilən oyunun birinci hissəsi 1:0 hesabı ilə “Qarabağ”ın üstünlüyü ilə yekunlaşıb.

Görüşün 7-ci dəqiqəsində Abdullah Zubir Ağdam komandasını hesabda önə çıxarıb.

Oyunu ispaniyalı baş hakim Karlos del Serro Qrande idarə edir.

Qeyd edək ki, bu qarşılaşmanın qalibi Çempionlar Liqasının pley-off mərhələsində “Şerif” (Moldova)–“Viktoriya” (Plzen, Çexiya) cütünün güclüsü ilə üz-üzə gələcək. Bu komandalar arasında Moldovada baş tutan ilk oyunda qonaqlar 2:1 hesablı qələbə qazanıblar.

“Qarabağ”-“Ferentsvaroş” oyununda uduzan komanda isə yolunu UEFA Avropa Liqasında davam edəcək. Həmin komanda pley-off mərhələsində “Şemrok Rovers” (İrlandiya) – “Şkupi” (Şimali Makedoniya) klublarından biri ilə görüşəcək. Meydan sahibləri İrlandiyadakı ilk oyunda 3:1 hesablı qələbə qazanıblar.

Xatırladaq ki, “Qarabağ”ın Macarıstan çempionu ilə paytaxtımızdakı ilk qarşılaşmasında qollu heç-heçə qeydə alınmışdı - 1:1.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.