İDMAN


“Qarabağ” komandasının UEFA Çempionlar Liqasının pley-off mərhələsində Çexiya klubuna qarşı oyunlarının təqvimi müəyyənləşib

Bakı, 10 avqust, AZƏRTAC

Ağdamın “Qarabağ” komandasının UEFA Çempionlar Liqasının pley-off mərhələsində Çexiyanın “Viktoriya” (Plzen) klubuna qarşı keçirəcəyi oyunların təqvimi müəyyənləşib.

AZƏRTAC UEFA-nın rəsmi saytına istinadla xəbər verir ki, Azərbaycan təmsilçisi ilk oyununu avqustun 17-də Bakıda oynayacaq. Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş saat 20:45-də başlayacaq.

Komandalar arasında cavab matçı isə avqustun 23-də Plzen şəhərində olacaq. Oyun Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Xatırladaq ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda Macarıstan çempionu “Ferentsvaroş”u iki oyunun nəticəsinə görə 4:2 hesabı ilə məğlub edərək onu UEFA Çempionlar Liqasında mübarizədə kənarlaşdırıb və qitənin ən nüfuzlu klub turnirinin pley-off mərhələsinə vəsiqə qazanıb.

Ötən həftə Moldovada keçirilən ilk qarşılaşmada 2:1 hesab ilə qələbə qazanan plzenlilər isə Çexiyada təşkil olunan cavab oyununda da eyni hesabla qalib gələrək UEFA Çempionlar Liqasının pley-off mərhələsinə yüksəlib.

Bu cütün qalibi Çempionlar Liqasının, məğlub olan komanda isə Avropa Liqasının qrupunda oynayacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.