İDMAN


“Qarabağ” komandasının növbəti mərhələdəki mümkün rəqibi məlum olub

Bakı, 9 avqust, AZƏRTAC

“Qarabağ” komandasının UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki mümkün rəqibi məlum olub.

AZƏRTAC xəbər verir ki, bu, üçüncü təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçirilən “Viktoriya” (Plzen, Çexiya) - “Şerif” (Moldova) görüşündə müəyyənləşib.

Azərbaycan təmsilçisi bu mərhələdə Macarıstan çempionunu mübarizədən kənarlaşdıracağı təqdirdə, növbəti görüşdə Çexiyanın “Viktoriya” (Plzen) klubu ilə qarşılaşacaq.

Ötən həftə Moldovada keçirilən ilk qarşılaşmada 2:1 hesabı ilə qələbə qazanan Plzen şəhərinin təmsilçisi Çexiyada təşkil olunan cavab oyununda da qalib gəlib.

Meydan sahibləri rəqibini yenə də eyni hesabla məğlub edərək pley-off mərhələsinə yüksəlib.

Çexiya çempionunun rəqibi hazırda davam edən “Ferensvaroş” – “Qarabağ” matçında dəqiqləşəcək. Komandamız hazırda Budapeştdə “Ferentsvaroş”la qarşılaşır. İlk hissədən sonra hesab Ağdam klubunun xeyrinədir - 1:0.

Qeyd edək ki, pley-off mərhələsinin oyunları avqustun 16-17-də və 23-24-də təşkil olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.