İDMAN


“Qarabağ” komandasının üç futbolçusu APOEL klubu ilə oyunla əlaqədar millinin toplanışından azad edilib

Bakı, 12 avqust, AZƏRTAC

Bakıda təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib.

AZƏRTAC AFFA-nın rəsmi saytına istinadla xəbər verir ki, "Qarabağ" komandasının müraciəti əsasında İsmayıl İbrahimli, Hacıağa Hacılı və Nicat Mehbalıyev Ağdam təmsilçisinin UEFA Çempionlar Liqasında Kiprin APOEL klubu ilə Bakıdakı oyunu ilə əlaqədar millinin toplanışından azad ediliblər. Onların əvəzinə "Səbail" komandasından Ədilxan Qarəhmədov, "Qəbələ"dən Samir Məhərrəmli və "Sumqayıt"dan Səbuhi Abdullazadə dəvət olunub.

Xatırladaq ki, U-21 yığmamız Bakıda hazırlıq keçəcək, "Qarabağ"ın isə Çempionlar Liqasının üçüncü təsnifat mərhələsindəki APOEL komandası ilə matçı avqustun 13-də Tofiq Bəhramov adına Respublika Stadionunda olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.