CƏMİYYƏT


“Qarabağ meşələrini qoruyaq!” adlı beynəlxalq kampaniya başlayıb

Bakı, 18 noyabr, Həsrət Mahmudova, AZƏRTAC

Noyabrın 18-də “DAVAM” Ümumrespublika Gənclər Hərəkatı “Qarabağ meşələrini qoruyaq!” adlı beynəlxalq kampaniyaya start verdiyini bildirib.

AZƏRTAC xəbər verir ki, bununla bağlı keçirilən mətbuat konfransında “DAVAM” Ümumrespublika Gənclər Hərəkatının sədri Nihad Allahyarlı, idarə heyətinin üzvləri Sabir Rüstəmov və Reyhan Camalova iştirak ediblər.

Qeyd olunub ki, 10 noyabr 2020-ci il tarixində Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli bəyanat imzalanıb. Bu bəyanatda işğal altında olan rayonlarımızın geri qaytarılma qrafiki yer alıb. Mənfur düşmən bu ərazilərdən çıxma prosesində maksimum şəkildə bölgəyə ziyan vurur. Qarabağ meşələri, tərk edilən evlər yandırılır, ekologiyaya və bölgənin flora, fauna örtüyünə böyük ziyan vurulur. Biz bu ekoloji terroru sosial medianın erməni seqmentinin paylaşımlarında aktiv şəkildə görürük.

Qeyd edilib ki, “DAVAM” Ümumrespublika Gənclər Hərəkatı düşmənin bu addımlarını beynəlxalq ictimaiyyətin nəzərinə çatdırmaq, ekologiya və ətraf mühitin mühafizəsi ilə məşğul olan beynəlxalq təşkilatlara və siyasi təsisatlara Azərbaycan ərazilərində baş verən bu ekoloji terrora münasibət bildirmələri və Ermənistana beynəlxalq təzyiqin göstərilməsi üçün çağırışlar edəcək.

Birləşmiş Millətlər Təşkilatı, Avropa Parlamentinin Yaşıllar – Azad Avropa Birliyi fraksiyası, bu fraksiyada təmsil olunan 16 üzv ölkənin Almaniya, Avstriya, Belçika, Çexiya, Danimarka, Finlandiya, Fransa, İrlandiya, Latviya, Litva, Lüksemburq, Niderland, Polşa, Portuqaliya, İspaniya və İsveçin yerli partiyalarına real vəziyyəti əks etdirən məktub və xüsusi dizaynda hazırlanmış təqdimatlar göndəriləcək.

Bildirilib ki, bu işlərə paralel olaraq, 16 noyabr axşam saat 21:00-dan etibarən “DAVAM” Ümumrespublika Gənclər Hərəkatının üzvləri “Facebook”, “Twitter” və “Instagram” üzərindən #StopArmenianEcoTerrorism həştəqi ilə paylaşımlar edərək, sosial media istifadəçilərinin, beynəlxalq təşkilatların və media qurumlarının diqqətini bu mövzuya cəlb etməyə çalışır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.