MƏDƏNİYYƏT


“Qarabağ” muğam qrupu Ankarada möhtəşəm konsert proqramı ilə çıxış edib

Ankara, 4 dekabr, AZƏRTAC 

Azərbaycanın “Qarabağ” muğam qrupu Türkiyənin Ankara şəhərində möhtəşəm konsert proqramı ilə çıxış edib.

AZƏRTAC xəbər verir ki, konsert Azərbaycan muğamı və Mövlanə səmavi mərasimlərinin UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilməsinin onuncu ildönümünə ithaf olunub.

Xalq artisti Mənsum İbrahimov ecazkar ifası ilə muğamsevərləri riqqətə gətirib. Xanəndəni Elçin Həşimov (tar), Elnur Əhmədov (kamança) və Kamran Kərimov (nağara) müşayiət ediblər.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.