REGİONLAR


Qarabağ müharibəsi əlilləri, veteranlar və şəhid ailələri ilə görüş

Ağdam, 28 noyabr, Tahir Ağaməmmədov, AZƏRTAC

Qarabağ müharibəsinin bütün ağrılarını çiyinlərində daşıyan Ağdam rayonu düşmənə qarşı döyüşdə minlərlə şəhid verib. Torpaqlarımızın müdafiəsi uğrunda fədakarlıq göstərmiş ağdamlılardan 16 nəfəri Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Rayon sakinləri respublikamızın ərazi bütövlüyü uğrunda Ali Baş Komandanın əmri ilə erməni faşistlərinə qarşı silaha sarılmağa hər an hazırdırlar.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər Ağdam rayonunun Quzanlı qəsəbəsində Qarabağ müharibəsi əlilləri, veteranlar və şəhid ailələri ilə keçirilən görüşdə səsləndirilib. Tədbir iştirakçıları əvvəlcə rayonun girişində Şəhidlər abidə kompleksini və Quzanlı qəsəbəsində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstələri qoyublar.

Heydər Əliyev Mərkəzində davam edən tədbirdə respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarının xatirəsi yad olunub.

Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov çıxış edərək, ölkəmizdə Qarabağ müharibəsi veteranlarının, əlillərin və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması sahəsində həyata keçirilən tədbirlərdən danışıb. Bildirib ki, ulu öndər Heydər Əliyev Qarabağ müharibəsi veteranlarına, əlillərə və şəhid ailələrinə həmişə diqqət və qayğı ilə yanaşıb, onların problemlərinin həllinə çalışırdı. Ümummilli Liderin bu siyasəti hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu qəbildən olan insanların həyat şəraitinin, güzəranının yaxşılaşdırılması üçün konkret tədbirlər görülür. Ağdam rayonunda altımərtəbəli, 54 mənzilli bina Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin istifadəsinə verilib. Bundan başqa, onlarla müharibə veteranı, əlil və şəhid ailəsi fərdi evlərlə və minik avtomobilləri ilə təmin olunub. Qarabağ müharibəsi əlilləri, veteranlar və şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində tədbirlər bundan sonra da davam etdiriləcək.

Tədbirdə Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin rayon şöbəsinin sədri Baxşeyiş Hətəmlinin məruzəsi dinlənilib.

Gənclər və İdman İdarəsinin rəisi Elnur Əhmədov çıxışında bildirib ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasəti nəticəsində Azərbaycanda dövlətçiliyə bağlı, intellektual, yüksək dünyagörüşlü, vətənpərvər gənclər formalaşıb. Bildirib ki, ordumuzun gücləndirilməsi və gənclər arasında hərbi-vətənpərvərlik ruhunun yüksəldilməsi istiqamətində təbliğat aparmaq dövrün əsas tələblərindən biridir.

Qarabağ müharibəsi veteranları İntiqam Əsədov, Məhəmməd Hüseynov, Gülçöhrə Həsənova, Şamil Əbilov, 2016-cı ilin aprel döyüşlərinin qəhrəmanlarından olan şəhid polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı Sevinc Əlizadə çıxış edərək Qarabağ müharibəsi əlilləri, veteranlar və şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısı İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Sonra bir qrup şəxsə gənclər arasında milli vətənpərvərlik ruhunun aşılanmasında göstərdiyi fəaliyyətə görə Milli Qəhrəman Şirin Mirzəyev adına fəxri fərman verilib, 15 nəfər müharibə əlilinə maddi kömək göstərilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.