CƏMİYYƏT


Qarabağ müharibəsi qaziləri üçün bayram süfrəsi təşkil edilib

Bakı, 29 iyun, AZƏRTAC

Silahlı Qüvvələr Günü münasibətilə Abşeron Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə bir qrup Qarabağ müharibəsi qaziləri üçün bayram süfrəsi təşkil edilib.

AZƏRTAC xəbər verir ki, bayram tədbirində Dövlət Himni səsləndirilib, ümummilli lider Heydər Əliyevin və vətənimizin azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə rayon icra hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Kərim Kərimov çıxış edərək xalqımızın artıq ikinci ildir Azərbaycan Silahlı Qüvvələrinin yaranma gününü xüsusi ovqat, böyük məmnuniyyət və qürur hissi ilə qeyd etdiyini bildirib.

Qeyd edilib ki, 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında rəşadətli Ordumuz 30 il işğal altında olan torpaqlarımızı azad edərək tarixi Qələbə qazanıb. Qələbəni bizlərə qanları ilə bəxş edən şəhidlərimiz, sağlamlıqlarını bu yolda qoyan qazilərimiz hər zaman dövlətin diqqəti və qayğısı ilə əhatə olunub.

Daha sonra çıxış edən qazilər, müharibə iştirakçıları və İctimai Birlik sədrləri qazilərimizi 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə təbrik edib, müzəffər Ordumuzun torpaqlarımızın azadlığı uğrunda göstərdiyi şücaətin əsl qəhrəmanlıq salnaməsi olduğunu diqqətə çatdırıblar.

Qazilər göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Bayram süfrəsində yerli incəsənət ustaları maraqlı konsert proqramı ilə çıxış ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.