REGİONLAR


Qarabağ müharibəsi şəhidi Əlizamin Mustafalının doğum günündə xatirəsi anılıb

Sumqayıt, 17 iyul, Ətrabə Rzayeva, AZƏRTAC

Sumqayıt şəhər Nəriman Nərimanov adına Mədəniyyət Mərkəzində pandemiya qaydalarını nəzərə alaraq Vətən müharibəsi şəhidi Əlizamin Mustafalının doğum günündə xatirəsi anılıb.

AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad etməklə başlayıb.

Sumqayıt Regional Mədəniyyət İdarəsinin hazırladığı videoçarx nümayiş etdirilib.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri, qazi Tərlan Hacızadə qonaqları salamlayaraq, 44 günlük haqq savaşından və onun Azərbaycan xalqına qazandırdığı qələbədən bəhs edib. O, şəhidin keçdiyi həyat və döyüş yolu haqqında geniş məlumat verib.

Qeyd edilib ki, Əlizamin Valeh oğlu Mustafalı 1997-ci ilin iyulun 13-də Beyləqan rayonunda doğulub. 2003-cü ildə Sumqayıt şəhər İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəbdə orta təhsilinə başlayıb. 2012-ci ildə isə 3 nömrəli peşə liseyində təhsilini davam etdirib. 2015-ci ildə hərbi xidmətə yollanıb.

General Polad Həşimovun şəhid olması hamı kimi onu da sarsıdıb və o, könüllü olaraq hərbi komissarlığa müraciət edib. İkinci Qarabağ savaşı başlandıqdan sonra o da torpaqlarımızın azad olunması uğrunda ölüm-dirim savaşına qatılır və oktyabrın 21-də şəhadətə qovuşub.

O, ölkə başçısının Sərəncamı ilə ölümündən sonra “Xocavəndin azad olunması uğrunda”, “Cəbrayılın azad olunması uğrunda”, “Füzulinin azad olunması uğrunda”, “Cəsur döyüşçü”, “İgidliyə görə“, “Vətən uğrunda” medalları ilə təltif olunub.

Döyüş yoldaşları çıxışlarda şəhid haqqında fikirlərin bölüşüb.

Şəhidin anası Ülviyyə xanım övladının xatirəsini əziz tutub, gələn qonaqlara və tədbirin təşkilatçılarına öz təşəkkürünü bildirib. O, həmçinin Prezident İlham Əliyeva şəhid ailələrinə göstərdiyi qayğıya görə minnətdarlığını ifadə edib.

Tədbir ədəbi-bədii kompozisiya ilə davam edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.