REGİONLAR


Qarabağ müharibəsi veteranı: Şuşa bizi həsrət qaldığımız dumanı, yağışı ilə qarşıladı

Şuşa, 5 sentyabr, AZƏRTAC

İyirmi doqquz ildən sonra nəhayət ki, doğma Şuşamıza ayaq basmaq qismətimiz oldu. Şuşanın yazına da, yayına da, payızına da, qışına da həsrət idik. Şuşa bizi həsrət qaldığımız dumanı, yağışı ilə qarşıladı.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Şuşa sakini, Birinci Qarabağ müharibəsi veteranı Akif Abdullayev deyib.

Qırx səkkiz il müəllim işləyən həmsöhbətimiz daim öz şagirdlərinə vətənpərvərlik ruhu aşıladığını, döyüşlər zamanı şahidi olduğu hadisələrdən danışdığını, şəhid və qazilərimizi örnək göstərdiyini deyib. O bildirib: “Doğma yurdumuzdan didərgin düşəndə 48 yaşım var idi. Ailədə 6 nəfər idik - mən, həyat yoldaşım və dörd övladım. Təəssüf ki, buraya dörd nəfər gəlmişik. İki oğlum Şuşanı görmədən dünyasını dəyişib. Onlar da ərazi bütövlüyümüzün bərpası naminə düşmənlə döyüşmək üçün Ali Baş Komandanın əmrini gözləyənlər sırasında idilər. Çox təəssüf ki, ömür vəfa etmədi. Nə silaha qurşanıb düşmənlə vuruşa bildilər, nə də Şuşanın azad olunduğunu görə bildilər. Kaş ki, hər ikisinə elə doğulub boya-başa çatdıqları Şuşada şəhid olmaq qismət olardı. İnanıram ki, Ordumuzun qələbəsindən xəbərdardırlar və ruhları rahatlıq taparaq doğma torpaqda dolaşır. Bu Qələbənin memarlarına - başda Prezident, Ali Baş Komandan İlham Əliyev olmaqla, sinəsini düşmən gülləsinə sipər edən şəhid və qazilərimizə ömür boyu minnətdarıq. Bir veteran kimi gənclərimizlə, ordumuzla fəxr edirəm”.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.