ELM VƏ TƏHSİL


“Qarabağ müharibəsi: zərif talelər” sənədli hekayələr toplusunun təqdimatı olub

Bakı, 20 fevral, AZƏRTAC

AMEA Folklor İnstitutunun Qadınlar Şurası “Qəhrəman xanımlarımızı tanıyaq” silsiləsindən tanınmış yazıçı-publisist Zemfira Məhərrəmli ilə görüş keçirib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, AMEA-nın Mərkəzi Elmi Kitabxanasında təşkil olunan tədbirdə iştirakçılar Vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Tədbiri giriş sözü ilə açan Qadınlar Şurasının sədri, filologiya üzrə fəlsəfə doktoru, dosent Məleykə Məmmədova müharibənin qızğın çağında, od-alovun içində istər döyüşçü, istərsə də tibbi yardım fəaliyyəti göstərən, habelə jurnalist kimi bu hadisələrə şahidlik edən zərif cinsin nümayəndələrinin şücaətindən söz açıb.

Sonra Qarabağ müharibəsində igidlik nümunəsi göstərən və Vətən uğrunda həlak olan xanımlar haqqında sənədli film nümayiş edilib. Həmçinin Zemfira Məhərrəmlinin “Qarabağ müharibəsi: zərif talelər” sənədli hekayələr toplusunun təqdimatı olub.

Toplunun müəllifi çıxış edərək vətənpərvərlik tərbiyəsinin erkən yaşlardan aşılanmasının vacibliyini vurğulayıb. O, kitabı hospitalda olarkən üzləşdiyi, sonralar şahidi olduğu və eşitdikləri əsasında ərsəyə gətirdiyini qeyd edib. Bildirib ki, kitabda 62 qadın, 102 döyüşçü haqqında məlumatlar əks olunub.

Tədbirdə çıxış edən polis mayoru Aida Şirinova Qarabağ müharibəsinin odlu-alovlu günlərini xatırlayaraq, gəncləri döyüşkən və yenilməz olmağa çağırıb, vətənpərvərlik mövzunda şeirlər səsləndirib.

Görüşdə çıxış edənlər müharibədə şahidi olduqları hadisələri xatırlayıb, xalqımızın üzləşdiyi faciələrdən və cəlb olunduğu müharibənin vurduğu yaralardan, gətirdiyi fəlakətlərdən bəhs edib, torpaqlarımızın azadlığı uğrunda bütün səyləri birləşdirməyə çağırıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.