İDMAN


“Qarabağ” növbəti dəfə Azərbaycanın xal ehtiyatını artırıb

Bakı, 7 oktyabr, AZƏRTAC

Azərbaycan UEFA reytinqində 2022/2023-cü il mövsümü üçün xal ehtiyatını artırıb.

AZƏRTAC xəbər verir ki, bu "Qarabağ"ın Avropa Liqasının G qrupunun III turunda Yunanıstanda "Olimpiakos" üzərində 3:0 hesablı qələbəsi sayəsində mümkün olub.

Bu nəticə hazırda avrokuboklarda bir komanda ilə təmsil olunan ölkənin aktivinə daha 0,500 xal gətirib.

Bu mövsüm üzrə xal sayını 3.000-ə, son 5 mövsümdə isə 15,625-ə çatdıran Azərbaycanın 29-cu pillədəki mövqeyi dəyişməyib. 28-ci yerdəki Polşanın 17,250 xalı var.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.