İDMAN
“Qarabağ” növbəti transferini reallaşdırıb
Bakı, 15 iyul, AZƏRTAC
İyulun 15-də Ağdamın “Qarabağ” futbol klubu yay transfer pəncərəsində daha bir futbolçunu heyətinə cəlb edib.
AZƏRTAC klubun “Facebook” səhifəsinə istinadla xəbər verir ki, Ağdam təmsilçisi mərakeşli müdafiəçi Faysal Rerras ilə iki illik müqavilə imzalayıb.
İyirmi altı yaşlı futbolçu bundan əvvəl Fransanın üçüncü liqasında çıxış edən “Bezye” klubunda forma geyinib.
Belçikada doğulan futbolçu karyerası ərzində bu ölkənin “Vize”, “Sent-Trüden” və “Mexelen”, eləcə də, “Hart of Midlotian” və “Hibernian” klublarının formasını geyinib. O, Mərakeş yığmasının heyətində bir oyun keçirib.
“Qarabağ” yay fasiləsində braziliyalı sol cinah müdafiəçisi Ailton Silvanı və ispaniyalı hücumçu Xayme Romeronu da heyətinə qatıb.
İyulun 17-də “Qarabağ” klubu UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsi çərçivəsində “Dalğa Arena”da cavab görüşünə çıxacaq. Ağdamlılar Albaniyanın “Partizani” klubu ilə qarşılaşacaqlar. Həmin görüş 21:00-da başlayacaq.
Xatırladaq ki, Tiranadakı ilk oyun qolsuz heç-heçə ilə yekunlaşıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [21:10]
Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib
- 19.04.2024 [19:57]
Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi olub
- 19.04.2024 [19:15]
Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb
- 19.04.2024 [18:07]
FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub
- 19.04.2024 [17:43]
Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib
- 19.04.2024 [16:23]
Fransalı gimnast: Bakı çox ecazkar və müasir şəhərdir
- 19.04.2024 [16:01]
Azərbaycan gimnastı: Karyeramda ən böyük dəstəkçim anamdır
- 19.04.2024 [15:55]
“Qəbələ” israilli futbolçu ilə vidalaşıb
- 19.04.2024 [15:51]