Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Qarabağ rəssamlıq məktəbi

Bakı, 20 iyun, AZƏRTAC

Çoxəsrlik tarixə və zəngin bədii ənənələrə malik olan Azərbaycan təsviri sənətinin ümumi inkişafında ayrı-ayrı bölgələrdə yaşayıb-yaradan sənətkarların önəmli rol oynamaları danılmaz həqiqətdir. Sultan Məhəmməd, Mir Seyid Əli və Sadiq bəy Əfşar ənənələrini uğurla davam etdirən Allahverdi Avşar və Mehralının, Usta Qənbər Qarabaği, Mir Möhsün Nəvvab, Xurşidbanu Natəvan, İbrahim Səfi, Əkbər Kazım Muğan, Əli Qulu, Qurban Əli və s. sənətkarların milli təsviri sənətimizin yüksək bədii-estetik dəyərlərə malik nümunələrinin yaradıcıları kimi tanınmaları da bunu təsdiqləyir. Əgər bu sənətkarların təsviri sənət sahəsindəki fəaliyyətlərini xronoloji ardıcıllıqla izləməli olsaq, onda orta əsrlərdən başlayaraq ta XVIII əsrə qədər əvvəlcə Təbriz, XIX əsrin son qərinəsində Şuşa, XIX əsrin sonu – XX əsrin əvvəllərində isə Şamaxı və Naxçıvanda yaşayan yaradıcıların dünyamıza rənglərin işığında bənzərsiz göz qoymaqda ad çıxardıqlarını vurğulamalıyıq.

XIX əsrdə bölünmüş Azərbaycanımızın şimalında Şuşanın mədəni mərkəzə çevrilməsində bir qanunauyğunluq vardır desək, yanılmarıq. Bədxahlarımız tariximizə heç vaxt unudulmayacaq “Gülüstan” və “Türkmənçay” kimi yaralar vursalar da xalqımız bu ölçüyəgəlməz mənəvi-psixoloji ağrılara öz mənəvi yüksəlişi ilə cavab verdi. Yaramızın hələ də qaysaqlanmadığı elə həmin əsrin ortalarında Şuşada teatr tamaşalarının göstərilməsi, Qarabağ xanəndələrinin Şərqin musiqi məkanında özünəməxsus nüfuz qazanmaları, Kərbəlayi Səfinin ucaltdığı memarlıq inciləri, Usta Qənbər, Mir Möhsün Nəvvab və Xurşidbanu Natəvanın yaratdıqları rəssamlıq əsərləri də bunun təsdiqidir...

Qarabağda yaşayıb-yaratmış yaradıcıların bizim dövrə gəlib çatan, onların gözəllik duyumunu və sənətkarlığını ifadə edən bədii nümunələrin arxeoloji qazıntılar nəticəsində üzə çıxarılmış paralanmış nümunələrinin belə bizim mənəvi qidamıza və qürur qaynağına çevrilənləri də var, bütövlüyü ilə həm də ilkin təravətini və gözəlliyini bu gün də qoruyub saxlayanları da... Kimlərinsə obrazlı deyimində duyğulandırıcılığına görə “donmuş musiqi”yə bənzədilən Qarabağın memarlıq abidələrinin oxşar duyğuları aşılamaq gücü elə uzaqdan da görünəndir.

Qarabağlı yaradıcıların əhatə olunduqları əsrarəngiz yerli təbiətin onlar üçün ilk və fərdi gözəllik qaynağı olduğuna rəğmən deməliyik ki, bu sənətkarların ruhunda əsl yaradıcı olmaq missiyası daşıyanların əksəriyyəti rənglərə olan özünəməxsus münasibətini sona qədər qoruyub saxlaya bilmişdir. Düşüncələrini rənglərin məna-məzmun tutumu ilə qovşaqda gerçəkləşdirən sənətkarlar çox vaxt bu rəngarəngliyi duyulası tutumda ram etməklə onların ümumi kompozisiyanın ruhuna uyğunlaşdırmağa, onun bütövlüyünü əldə etməyə nail olmuşlar.

Etiraf edək ki, sənətin müxtəlif növlərində təsvirin incəliyinə və xırdalıqlara nail olmaq nə qədər çətindirsə, görünənlərin duyulası şərtilik və geniş bədii ümumiləşdirmələrlə ifadəsi ondan da çətindir. Ümumiyyətlə, fikrin yığcam-bayatı tutumunda ifadə edilməsi həmişə çətin olub və bu yüksək sənətkarlığın göstəricisi sayılıb. Bu mənada Qarabağ ünvanlı xalça-palazların və divar rəsmlərinin, metalişləmə və ağacoyma nümunələrinin naxış örtüyündəki yüksək icra sənətkarlığının məhz belə yığcamlığa və qeyri-adi ümumiləşdirməyə kökləndiyini söyləmək mümkündür.

Lap qədimlərdən Qarabağ torpağında təşəkkül tapan təsviri və tətbiqi sənətin zaman-zaman təkmilləşən və bir qədər də zənginləşən bədii ənənələri XIX əsrdə duyulası dərəcədə yeniləşdi desək, yanılmarıq. Belə ki, məhz bu yüzillikdə mədəniyyətimizin başqa sahələri kimi təsviri sənət də özünün daha fərqli inkişaf mərhələsinə qədəm qoymuşdur. Xalqımıza orta əsrlərdən başlayaraq dünya miqyasında başucalığı gətirən rəssamlıq sənətimiz Sultan Məhəmməd kimi sarbanı itirəndən sonra çox tez bir zamanda zirvəsinə qar yağıbmış kimi göründü və Təbriz məktəbində yaşanan qaynar yaradıcı həyat və burada yaradılan əsərlərin daşıdığı çoxqatlı bədii-estetik tutum müxtəlif səbəblər üzündən zəiflədi və tədricən gəlmə meyillərinin əlamətləri ilə qovşaqda inkişafını davam etdirməyə başladı. Az sonra sənət tariximizə “Qacar üslubu” kimi daxil olacaq sənət yönümü belə yarandı. Təsviri sənətimizin çoxəsrlik inkişaf mərhələsində çox önəmli sayıla biləcək həmin dövrdə yaradılmış sənət əsərlərinin bədii şərhində həm klassik miniatür üslublu əsərlərdən gəlmə şərti-dekorativ forma-biçimə, həm də Qərbi Avropa rəssamlığına xas olan realist-gerçəksiz xüsusiyyətlər qoşalaşmışdı. Bu üslubun Arazdan aşağıda – ölkənin güneyində yüksək dairələrdə təqdir olunması demək olar ki, miniatür üslubunun illərlə formalaşmış zəngin bədii ənənələrinin sonrakı inkişaf taleyini sual altına qoymuş oldu. Bütün bu baş verənlər təbii olaraq şimalda yaradıcılıqla məşğul olanların, o cümlədən də qarabağlı rəssamların da fəaliyyətinə təsir göstərdi. Şuşada yaşayan Qarabağ sənətkarlarının yaradıcılığının təsviri sənət tariximizdə qədim və ənənəvi miniatür sənəti bədii ənənələrinin bir qədər zəifləyib yeniləşməsi, özündə Şərq və Qərb rəssamlığının qovşağını yaşadan bədii prinsiplərlə əvəzlənməsi dövrünə təsadüf etdiyindən onların üzərinə böyük məsuliyyət düşürdü desək, həqiqəti söyləmiş olarıq. Bu mənəvi məsuliyyət heç şübhəsiz ilk növbədə uzun əsrlərboyu təkamül yolu ilə formalaşan Azərbaycan təsviri sənəti ənənələrinin qorunması ilə bağlı idi. Bu gün duyulası zaman distansiyasından qətiyyətlə demək olar ki, Qarabağda – onun iqtisadi-siyasi və mənəvi mərkəzi sayılan Şuşada çalışan fırça ustaları sələflərinin onlara miras qoyub getdikləri əvəzsiz bədii irsə xas olan bədii ənənələri yaşatmaqla yanaşı, onları yeri gəldikcə özünəməxsus bədii məziyyətlərlə zənginləşdirməyə nail olmuşlar. Buna XIX əsrin ikinci yarısında yaşayıb-yaratmış Usta Qənbər Qarabaği və onun qardaşı Səfərin, oğlu Şükürün, Mir Möhsün Nəvvabın və Xurşidbanu Natəvanın bizə ərməğan qoyduqları sənət nümunələrinin timsalında əmin olmaq mümkündür. Onların zəngin təxəyyülünün nəticəsi olan sənət nümunələri mülki və ictimai tikililərin divarlarını, nəfis xətlə yazılmış əlyazmalarını, ayrı-ayrı vərəqləri bəzəməkdədir. Bu sənətkarların hər birinin yaradıcılıq yoluna ətraflı nəzər salmaqla onların əsərlərində hifz olunan dünyaya azərbaycanlı-qarabağlı baxışının bədii-estetik məziyyətlərini duymaq mümkündür. Bir azdan biz sizi xəyalən geriyə - təzadlı hadisələrlə dolu XIX əsrə qaytaracaq, həmin dövrün bədii hadisələrinə əyanilik gətirməyə və dəyərləndirməyə çalışacağıq. Amma bu yerdə deyək ki, Azərbaycan incəsənətinə qarabağlı duyumu və görümü ilə rəngarənglik bəxş edənlərin siyahısı XIX əsrdə Şuşada yaşayan rəssamların fəaliyyəti ilə məhdudlaşmır. Elə Qarabağ ünvanlı bu qədim ənənənin sonrakı dövrlərdə də davam etdirilməsinin nəticəsidir ki, bu gün biz Qarabağ rəssamlıq məktəbi haqqında danışa bilirik.

XX əsrin ilk qərinəsində baş verən ciddi ictimai-siyasi hadisələrin axarı Bakını ölkədəki bədii hadisələrin mərkəzinə çevirdi. Burada təsviri və tətbiqi sənətin inkişafına və təbliğinə xidmət edən rəssamlıq məktəbi və muzey açıldı. Bütün bunlar heç şübhəsiz yeni siyasi sistemlə baş-başa qalan respublikada sənət həvəsli insanların yaradıcılıq axtarışlarının imkanlarını bir qədər də genişləndirdi. Əvvəllər öz istedadını yalnız yaşadığı bölgədə nümayiş etdirən yaradıcıların artıq həm də sosialist tutum alan ölkə paytaxtının mədəni həyatında iştirakları onların ruhlarında gəzdirdikləri mənəvi dəyərləri Avropa-rus bədii ənənələri ilə qovuşaqda ifadə etməyə imkan verdi. Həmin yaradıcıların arasında Qarabağın müxtəlif guşələrindən içində gəzdirdikləri yaratmaq arzusunu daha da alovlandırmaq niyyətində olanlar da az deyildi. Azərbaycan təsviri sənət tarixinin XX-XXI əsri əhatə edən xronologiyası milli incəsənətimizdə dərin iz salmış neçə-neçə sənətkarın adını yaşadır. Onların arasında artıq dünyasını dəyişmiş Əmir Hacıyev, Lətif Kərimov, Toğrul Nərimanbəyov, Cahid Camal, Kərim Cəlal və Cəlal Qaryağdı ilə yanaşı, bu gün də yaradıcılığını davam etdirən Altay Hacıyev, Xanlar Əhmədov, Zakir Əhmədov, Fəxrəddin Məmmədvəliyev, Məzahir Avşar, İlham Ənvəroğlu, Kamal Əhməd, Asif Azərelli, Rövşən Bayramov, Firdovsi Atayev, Elşən Hacızadə və Səyyar Əliyev kimi sənətkarların adlarını çəkmək olar. Azərbaycan incəsənətinin müasir mərhələsi haqqında məlumatı olan hər kəsə bu adlar yaxşı tanışdır. Əslən qarabağlı olan bu yaradıcıların hər birinin sənətdə öz yolu, fərdi və fərqli dəst-xətti vardır desək, həqiqəti söyləmiş olarıq. Toğrul Nərimanbəyovun rəngkarlıqda yaratdığı “Azərbaycan nağılı”, Lətif Kərimovun sirr qatına bələnmiş xalçaları, Cəlal Qaryağdı və Xanlar Əhmədovun axıcı və oynaq daş-tunc tutumdan “boylanan” gözəllik duyumu, Əmir və Altay Hacıyevlərin ənənə və müasirliyə tapınan “cizgi möcüzəsi”, Məzahir Avşarın türk mənəvi dəyərlərinə verdiyi düşündürücü plastik görüntü, İlham Ənvəroğlunun görünənlərin fəlsəfi tutumuna işıq salmaq istedadı, Səyyar Əliyevin Qarabağ dərdlərinə tutduğu bədii-fəlsəfi “güzgü” özündə ilk növbədə onların yaradıcılığının sənətkar “mən”ini yaşadır. Hər bir gözəllik yaradıcısının arzuladığı bu uğurlu nəticənin əldə olunmasındadır ki, adlarını vurğuladığımız təsviri və tətbiqi sənət ustaları Azərbaycan incəsənətinə özünəməxsus töhfə verməklə, onun rəngarəngliyinin təminatçısına çevrilmişlər.

İndiki durumda ən böyük arzumuz əsərlərində “Qarabağ məktəbi”nin bədii-estetik ənənələrini yaşadan soydaşlarımızın yaradıcılığının yaxın gələcəkdə dünya ölkələrində və doğma Şuşada nümayişinin baş tutması, Azərbaycanlı-Qarabağlı ruhunun mübarizliyinin əyaniləşdirilməsidir...

Ziyadxan Əliyev

Əməkdar İncəsənət Xadimi,

sənətşünaslıq üzrə fəlsəfə doktoru

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

G7 ölkələri Ukraynanın hava hücumundan müdafiəsini gücləndirəcəklər

Haiti Fransadan milyardlarla ölçülən təzminat tələb edir

Niderland Ukraynaya hərbi yardım göstərmək üçün 200 milyon avrodan çox vəsait ayıracaq

ADA Universitetində keçirilən “Xəzər Hövzəsi Araşdırmaları” proqramı yekunlaşıb

Superliqa: "Beşiktaş" doğma meydanda qalib gəlib

Bakı Kitab Mərkəzində “Azərbaycan İrəvanı” sənədli filmi təqdim olunub

“Bloomberg”: Almaniya yeni “Patriot” batareyaları almağı düşünür

Beynəlxalq Bərpa Olunan Enerji Mənbələri Agentliyinin Assambleyasının 14-cü sessiyası başa çatıb

Stoltenberq: NATO-nun müdafiə nazirləri Ukraynaya daha çox hərbi dəstək verməyə razılaşıblar

Gürcüstanda fəaliyyət göstərən QHT-lərin 90 faizi xaricdən maliyyələşir

BDU-da “Gələcəyin alimləri” adlı tələbələrin IX elmi konfransı keçirilib

ADAU-da keçirilən fakültələrarası futbol turniri yekunlaşıb

Cəfər Cabbarlının 125 illik yubileyi qeyd olunub

Sərnişin ehtiyatsızlıq səbəbindən metronun stansiya yoluna düşüb

İstanbulda torpaq sürüşməsi baş verib

Cenevrədə keçiriləcək “Türk həftəsi”ndə türkdilli dövlətlərin mədəni irsi tanıdılacaq

Azərbaycan və Qazaxıstanın Xarici İşlər nazirlikləri arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib

Rus evində “Bakı. Sevgi. Bahar.” festivalı keçirilir

Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib

İlin ilk üç ayında ARDNF-in aktivləri 2,3 faiz artıb

“G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir” – BƏYANAT

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanının nəticələri açıqlanıb

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı olub VİDEO

Tanınmış şair, tərcüməçi Sabir Almazovun xatirəsi anılıb

Energetika naziri: Bu il Azərbaycanda daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi olub

Dövlət Agentliyinin İdarə Heyətinin sədri Daşkəsən və Göygöl rayon sakinlərinin müraciətlərini dinləyib

Güclü külək Ağstafada bir sıra fəsadlar törədib VİDEO

Azərbaycan və Qazaxıstan Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsini müzakirə edib

Xalq rəssamı Aydın Rəcəbovun 80 illik yubileyinə həsr olunmuş “Bir ömrün naxışları” sərgisi açılıb

Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb

Milli Məclisdə 14 məsələ müzakirə olunub, müvafiq qərarlar verilib YENİLƏNİB

Çin mütəxəssisləri Türkmənbaşı limanının imkanları ilə tanış olublar

Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

Ceyhun Bayramov Əlcəzair səfirini bölgədəki cari vəziyyət barədə məlumatlandırıb

® “Bakcell”in baş icraçı direktoru Xankəndidə jurnalistlərlə görüşüb

Azərbaycanda icra edilən ürək əməliyyatı barədə məqalə ABŞ-ın nüfuzlu jurnalında dərc olunub

Hərbi liseyin 53 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib VİDEO

Gürcüstanda yaşayan azərbaycanlılar dövlət proqramları və xidmətlər barədə məlumatlandırılıb

İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətini dinləyib

ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb

Bakıda keçiriləcək beynəlxalq elmi konfransın iştirakçıları Qarabağa səfər ediblər

Əqli Mülkiyyət Agentliyində ixtiraçılıq və patent analitikası mövzusunda təlim keçirilib

® “Azercell”in dəstəyi ilə tələbələr arasında “Techcell” hakatonu keçiriləcək

Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb

“Azərbaycan Hava Yolları” Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub

AzTU əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

® “Global Finance” “Kapital Bank”ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb

İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb

Azərbaycan-İtaliya çoxölçülü strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Göyçayda vətəndaşların müraciətlərini dinləyəcək

® Mərkəzi Gömrük Hospitalında “Abbott” şirkətinin nümayəndələri ilə onlayn görüş keçirilib

ADPU-da “Heydər Əliyev dərsləri” davam edir

EMTA ETRA ilə birgə Bakıda beynəlxalq seminar təşkil edib

Naxçıvanda “Sağlam həyat tərzi etibarlı gələcəyin təminatıdır” mövzusunda tədbir təşkil edilib

Kənd Təsərrüfatı Nazirliyi 2024-cü il üçün doktorantura və dissertanturaya qəbul elan edir

Qazaxıstanda yaşayan Qərbi azərbaycanlılar tarixi vətəni görmək arzusunu dilə gətiriblər

Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb

Azərbaycan ilə Yaponiya arasında turizm əlaqələrinin perspektivləri müzakirə olunub

“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib

ADPU ilə Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi əməkdaşlıq məsələlərini müzakirə edib

FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub

“60 çiçək - bir çələng” almanaxının təqdimatı olub

Sahibkarlarla görüşdə quşçuluğun inkişaf perspektivləri müzakirə olunub

“Məhəmməd Füzuli və Şərq folkloru” - elmi konfrans

Türkiyə və İranın xarici işlər nazirləri regiondakı son vəziyyəti müzakirə ediblər

Fransanın səfirini geri çağırması Brüssel görüşündəki gizli razılaşmada nəzərdə tutulanların reallaşdırılmasına xidmət edir - RƏY

“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb

İsveçrədə “tarakanabənzər dron” hazırlanıb

® “PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti”ndə yutubun həmtəsisçisi çıxış edəcək

İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib

Nyu-Yorkda azərbaycanlı gənclərlə şəbəkələşmə görüşü baş tutub

Xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Ürək xəstəliklərinə qalib gəlməyin təbii yolları

“Sabahın alimləri” XIII respublika müsabiqəsinin bağlanış mərasimi keçirilib

Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib

“Gənc istedadlar” liseyinin şagirdləri “Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında

Sumqayıtda “Heydər Əliyev irsi” kitabının təqdimatı keçirilib

“Qarabağ atları”, “Böyük alma”, “Əjdaha”... – AĞ ŞƏHƏRDƏN FOTOREPORTAJ

Rəsədxanada ustad dərsi: Günəş sisteminin kiçik göy cisimləri, kometalar

“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb

DİM: 20 dövlət orqanında mövcud olan 43 vakant vəzifə daxili müsahibəyə çıxarılıb

Ödənişi gecikdirilmiş 35 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin edilib

BDU-da çiçəkəkmə aksiyası

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edib

Bu il DİN və prokurorluq üzrə qeydə alınan 8 min 930 cinayətin 85 faizi açılıb

CFCM: Fransada islamofobiya halları son dərəcə artıb

Ombudsman fərdi qaydada vətəndaşların müraciətlərini dinləyib

Gəncədə regional müşavirə: Meşə və meşəətrafı ərazilərdə yanğın təhlükəsizliyi

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi Komissiyasının 8-ci görüşünün yekunlarına dair mətbuat açıqlaması VİDEO

Bu il Ağgöl Milli Parkında 78 minə yaxın ornitofauna nümunəsi qeydə alınıb

Faktiki hava: Xınalığa dolu düşüb

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Qazax, Ağstafa və Tovuz sakinlərinin uşaq hüquqları ilə bağlı müraciətlərinə baxılıb

Lavrov: Rusiya Ukrayna ilə bağlı danışıqlara hazırdır, lakin danışıqlar müddətində hərbi əməliyyatlara ara verməyəcək

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 900-VIKQD nömrəli Konstitusiya Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Sergey Lavrov: Avropa İttifaqının Ermənistandakı müşahidə missiyası NATO-nun missiyasına çevrilir

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 907 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1114-VIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Professor Kamran İmanov beynəlxalq konfransda çıxış edib