“Qarabağ” və “Molde” oyununun birinci hissəsi başa çatıb
AzerTAg.az
Bakı, 16 sentyabr, Nicat Məmmədov, AZƏRTAC
UEFA Çempionlar Liqasının III seçmə mərhələsi çərçivəsində keçirilən “Qarabağ” - “Molde” (Norveç) oyununun birinci hissəsi başa çatıb.
AZƏRTAC xəbər verir ki, ilk hissə komandamızın üstünlüyü ilə davam edib. Ağdamlıların qol vurmaq şansı olsa da, hesabı aça bilməyiblər.
Ağdamlılar I təsnifat mərhələsində Şimali Makedoniyanın “Sileks” klubu (4:0), II təsnifat mərhələsində isə Moldovanın “Şerif” komandasını mübarizədən kənarlaşdırıb - 2:1.
“Molde” isə Finlandiyanın KUPS (5:0) və Sloveniyanın “Cele” klublarından güclü olub - 2:1.
Qeyd edək ki, bu cütün qalibi pley-off mərhələsində “Dinamo” (Zaqreb, Xorvatiya) – “Ferentsvaroş” (Macarıstan) duelinin güclüsü ilə qarşılaşacaq. Pley-off oyunları sentyabrın 22-23-də və 29-30-da keçiriləcək.

Xəbərin mətnində orfoqrafik səhv var