CƏMİYYƏT


Qarabağ və Quba-Xaçmaz iqtisadi rayonları üzrə peşə hazırlığı üçün prioritet peşə və ixtisaslar müəyyən edilib

Bakı, 5 avqust, AZƏRTAC

Yaxın vaxtlarda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən Bərdə və Quba rayonlarında da Peşə Hazırlığı Mərkəzləri istifadəyə veriləcək.

Nazirliyin İctimaiyyətlə əlaqələr və şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, həmin mərkəzlərdə peşə tədrisinin əmək bazarına uyğun qurulması üçün agentlik tərəfindən ekspres əmək bazarı araşdırması aparılıb. Araşdırma zamanı 40 mikro, 130 kiçik, 70 orta və 7 iri işəgötürən arasında sorğu keçirilib. Nəticə olaraq Qarabağ və Quba-Xaçmaz iqtisadi rayonları üzrə prioritet peşə və ixtisaslara olan tələbat müəyyən edilib.

Yeni Peşə Hazırlığı Mərkəzlərində tədrisi təşkil olunacaq 30 ixtisas müəyyən olunub.

Onların sırasına Qarabağ iqtisadi rayonu üzrə - toxumçuluq, şitilçilik və tingçilik, kənd təsərrüfatı məhsullarının saxlanması və anbarlanması üzrə logistika, kompüter təmiri və xidməti mütəxəssisləri, baytar köməkçisi, qaz avadanlıqlarının təmiri və istismarı üzrə çilingər, kombi ustası, təmirçi-çilingər, mebel ustası, avtomobil diaqnostikası və təmiri ustası, təchizat üzrə agent, ərzaq və qeyri-ərzaq mallarının satıcısı, nəzarətçi-xəzinədar, qəssab, elektrik və avtoarabacıqların sürücüsü, yanacaqdoldurma stansiyalarının operatoru, Quba-Xaçmaz iqtisadi rayonu üzrə - elektron ticarətçi, bərbər, vizajist, manikürçü, lazer ustası, ikinci dairə üzrə elektrik quraşdırıcısı, kompüter şəbəkə inzibatçısı, barmen, barista, aşpaz, çağrı mərkəzi üzrə operator, xarrat-dülgər və parket ustası, CNC operatoru (taxta işləri üzrə), kənd təsərrüfatı maşın və avadanlıqlarının təmiri üzrə çilingər və dağ-xizək turizmi üzrə bələdçi daxildir.

Növbəti mərhələdə həmin peşə və ixtisaslar üzrə tədris proqramlarının və bu proqramların əsasında təlim-tədris materiallarının hazırlanması nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.