Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Qarabağ və Şərqi Zəngəzurda sahibkarlıq mühiti

Qarabağ və Şərqi Zəngəzurda sahibkarlıq mühiti

Bakı, 26 may, AZƏRTAC

Azərbaycan dövləti işğaldan azad olunmuş ərazilərimizdə öz vəsaitləri hesabına, heç bir beynəlxalq maliyyə institutundan borclanmadan böyükmiqyaslı bərpa-tikinti layihələri həyata keçirir. Müharibədən sonrakı dövrdə azad olunmuş ərazilərdə bərpa işləri üçün dövlət büdcəsindən transfertlər ilbəil artır. Qarabağ və Şərqi Zəngəzur regionunun bərpa və yenidənqurma işləri üçün 2021-ci ildə 2,2 milyard, 2022-ci ildə 2,7 milyard manat vəsait ayrılıb. 2023-cü ilin büdcəsində isə işğaldan azad olunmuş ərazilərin bərpası üçün ötən illə müqayisədə 13 faiz daha çox, yəni 3 milyard manat nəzərdə tutulub.

AZƏRTAC İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin şöbə müdirinin müavini Günay Quliyevanın Qarabağ və Şərqi Zəngəzurda yaradılan sahibkarlıq mühiti ilə bağlı məqaləsini təqdim edir.

İşğaldan azad edilmiş ərazilərə sosial-iqtisadi həyatın geri qaytarılmasında özəl sahibkarlar əhəmiyyətli rol oynayır. Dövlət həmin ərazilərdə yerli və xarici biznes nümayəndələrinin investisiya qoyması üçün əlverişli mühitin yaradılmasını prioritet istiqamətlərdən biri kimi götürüb. Bu məqsədlə atılmış əsas addımlardan biri Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”dır. Bu Proqram 2022-ci il 16 noyabr tarixində qəbul olunub. Proqramın əsas hədəf göstəricilərindən biri kimi iqtisadiyyatın yenidən qurulması üçün yeni investisiyaların cəlb olunması ilə sahibkarlıq mühitinin formalaşdırılması əsas olaraq götürülüb. Dövlət proqramının əsas məqsədlərindən biri də sahibkarlıq mühitinin əlverişliliyini artırmaq və biznes fəaliyyətinin inkişafına dəstək verməkdir.

Biznes müraciətləri

Qarabağ və Şərqi Zəngəzurda sahibkarlıq fəaliyyətini təşviq etmək üçün hökumət artıq bir sıra mühüm addımlar atıb. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin məlumatına əsasən, işğaldan azad edilmiş ərazilərdə 2023-cü ilə qədər biznes fəaliyyəti ilə məşğul olmaq üçün agentliyə 1339 müraciət daxil olub. Müraciətlərin əhəmiyyətli hissəsi, yəni 873-ü yerli, 466-sı isə 37 ölkəni əhatə edən xarici müraciətlərdir. Türkiyə, Rusiya, Qazaxıstan və Macarıstandan olan sahibkarlar Qarabağ və Şərqi Zəngəzurda investisiya qoymağa xüsusən maraqlıdırlar. Dövlət tərəfindən müəyyənləşmiş sahibkarlığa dəstək mexanizmləri qısa müddətdə bu ərazilərdə biznes fəaliyyəti ilə məşğul olaq istəyən hüquqi və fiziki şəxslərin sayını artıracaq.

Təhlükəsizliyin təmin olunması

Dövlətin planlı və mərhələli şəkildə apardığı bərpa prosesinin ilk mərhələsi olan ərazilərin minalardan təmizlənməsinə Zəfər əldə edildikdən dərhal sonra başlanıb. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin məlumatına əsasən, 2020-2022-ci illərdə 57,6 min hektar ərazi minalardan təmizlənib. Həmçinin qeyd edək ki, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın birinci prioritetinin birinci istiqaməti 2022-2026–cı illər ərzində işğaldan azad olunmuş 280 min hektar ərazinin minalardan, partlamamış hərbi sursatdan, tərkibində partlayıcı olan qurğulardan və digər partlayıcı qalıqlardan təmizlənməsini nəzərdə tutur. Bununla həmin ərazilər bütövlükdə tam təhlükəsiz yaşayış və sosial-iqtisadi həyatın bərpası üçün uyğun olacaq.

Müasir infrastruktur

Həmin ərazilərdə investisiya mühitinin yaradılması üçün növbəti mərhələ sayılan fiziki infrastrukturun böyük hissəsi artıq qurulub. Qeyd edək ki, işğaldan azad olunmuş ərazilər elektrik enerjisi ilə tam təmin edilib. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ölkənin vahid enerji şəbəkəsinə qoşulub.

Nəqliyyat infrastrukturu tam sürətlə bərpa olunmaqla, ölkənin digər şəhər və rayonlarının yol infrastrukturu ilə birləşdirilir. Region üçün xüsusi əhəmiyyət kəsb edən Tərtər‒Çaylı‒Suqovuşan‒Talış, Əhmədbəyli‒Füzuli‒Şuşa avtomobil yollarının (Zəfər yolu) və Laçın şəhərinə daxil olmadan yeni alternativ avtomobil yolunun tikintisi artıq başa çatdırılıb. Digər avtomobil yollarının tikinti və bərpasının 2026-cı ilin sonunadək başa çatdırılması nəzərdə tutulur. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının su ilə təmin olunması məqsədilə dövlət proqramında su anbarlarının, suvarma və paylayıcı kanalların, nasos stansiyalarının, subartezian quyularının, hidroqovşaqların və digər su təsərrüfatı obyektlərinin mərhələli şəkildə təmiri, bərpası və yenilərinin tikintisinin 2026-cı ilin sonunadək yekunlaşdırılması planlaşdırılır. Postkonflikt ərazilərində artıq iki beynəlxalq hava limanı fəaliyyət göstərir. Üçüncü aeroportun - Laçın hava limanının tikintisinin də iki il ərzində başa çatdırılacağı gözlənilir.

Vergi güzəştləri

Sahibkarlar üçün iqtisadi baxımdan Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına investisiya qoymaq çox səmərəlidir. Təkcə ona görə yox ki, orada qurulan infrastruktur müasir dövrün tələblərinə cavab verməklə ən müasir texnologiyalar vasitəsilə həyata keçirilir, həm də dövlət həmin ərazilərdə sahibkarlıq mühitinin canlanması üçün kifayət qədər güclü iqtisadi stimullardan istifadə edir. Belə ki, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 9 dekabr tarixli Qanununa əsasən Vergi Məcəlləsinə yeni - “XIX fəsil. İşğaldan azad edilmiş ərazilərdə tətbiq edilən vergitutmanın xüsusiyyətləri” əlavə olunub. Əlavə olunan müddəalar həmin ərazilərdə sahibkarlıq fəaliyyəti üçün nəzərdə tutulmuş güzəştləri əhatə edir. Bu güzəştlərə əsasən işğaldan azad edilmiş ərazinin rezidentləri 2023-cü il yanvarın 1-dən 10 il müddətində mənfəət (gəlir), əmlak, torpaq və sadələşdirilmiş vergidən azaddırlar. Bu isə biznes subyektinin əsas vergi yükünün əhəmiyyətli dərəcədə azaldılması deməkdir. Digər əsas müddəa həmin ərazilərin rezidenti olan hüquqi şəxslərin səhmdarlarını (payçılarını) dividend gəlirlərinə görə 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətində vergidən azad edilməsidir. Əlavə olaraq, ƏDV-nin məqsədləri üçün qeydiyyatda olan işğaldan azad edilmiş ərazinin rezidentləri tərəfindən siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş iqtisadi fəaliyyət sahələri və mal nomenklaturaları üzrə texnikanın, texnoloji avadanlıqların və qurğuların, habelə xammal və materialların idxalı 2023-cü il yanvarın 1-dən etibarən 10 (on) il müddətində ƏDV-dən azad olunur.

Digər tərəfdən geniş turizm potensialına malik həmin ərazilərə turist axınını stimullaşdırmaq məqsədilə ora səfər edən fiziki şəxslər mehmanxanalar (hotellər) tərəfindən göstərilən gecələmə və qalma xidmətlərinə (digər əlavə xidmətlər istisna olmaqla) görə nağdsız qaydada ödədikləri ƏDV-nin 30 faizi, nağd qaydada ödədikləri ƏDV-nin 5 faizini geri ala bilərlər.

Sosial sığorta güzəştləri

Dövlət azad olunmuş ərazilərdə iqtisadi və sosial həyatı canlandırmaq məqsədilə təkcə vergi güzəştləri ilə kifayətlənməyib, sosial sığorta sahəsində də bir sıra əhəmiyyətli stimullaşdırıcı tədbirlərin tətbiqinə başlayıb. Belə ki, 2022-ci il 27 dekabr tarixli Azərbaycan Respublikasının Qanununa əsasən, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa bir sıra dəyişikliklər edilib. Bu dəyişikliklər işğaldan azad olunmuş ərazilərdə qeyri-neft sektorunda fəaliyyət göstərən sığortaedənlər və sığortaolunanlara dair güzəştləri əhatə edir. Qeyd olunan sığortaedənlərin ödədiyi məcburi dövlət sosial sığorta haqqı əhatə etdiyi dövrdən asılı olaraq dəyişən nisbətdə dövlət tərəfindən subsidiyalaşdırılır. Qanunda nəzərdə tutulmuş fiziki şəxslərin ödənilmiş məcburi dövlət sosial sığorta haqqının 100 faizi dövlət tərəfindən subsidiyalaşdırılır. Yəni həmin fiziki şəxslər ödədikləri məcburi dövlət sosial sığorta ödənişlərini dövlət büdcəsi hesabına subsidiya vasitəsilə geri ala biləcəklər.

Zəmanətli kredit

Bundan əlavə, sahibkarlıq fəaliyyəti üçün qoyulan investisiyanın əsas hissəsini təşkil edən kreditlərlə bağlı dövlət dəstəyi də artıq müəyyənləşdirilib. Azad olunmuş ərazilərdə fəaliyyət göstərən sahibkarlara kreditlər verilməsini dəstəkləmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 9 yanvar tarixli Fərmanı ilə təsdiq edilmiş “İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə verilən kreditlərin dövlət zəmanəti ilə təmin edilməsi və kredit faizlərinin subsidiyalaşdırılması Qaydası” və ona əlavə olunmuş “İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə verilən kreditlərin dövlət zəmanəti ilə təmin edilməsi barədə Çərçivə Zəmanət Sazişi” qəbul olunub. Qəbul edilmiş qayda Qarabağ və Şərqi Zəngəzur regionunda fəaliyyət göstərən biznes subyektlərinə verilən kreditlər üçün dövlət zəmanəti və alınan kreditlərin faizlərinin subsidiyalaşdırılması şərtlərini müəyyən edir. Dövlət zəmanəti ilə alınmış kreditlərdə zamin rolunu Azərbaycan Respublikası Maliyyə Nazirliyi oynayır.

Sənaye parkları

Prezident İlham Əliyev tərəfindən “Ağdam” Sənaye Parkı və “Araz Vadisi İqtisadi Zonası”nın təməli qoyulub. Bu sənaye parkları yaxın zamanlarda fəaliyyətə başlayacaq. İlkin investisiya olaraq 40 milyon manat yaxın vəsait ayrılıb. “Ağdam” Sənaye Parkında müxtəlif çeşidli xüsusi və fərdi geyimlər, sintetik xalça, polimer məhsulları, prefabrik dəmir-beton məmulatlarının, günəş enerjisi ilə qidalanan işıq dirəkləri və xüsusi dam örtüklərinin istehsalı nəzərdə tutulub. Sənaye parkında mindən çox yeni iş yerinin yaradılması gözlənilir. Park Ağdam ərazisində işğaldan əvvəl də sənaye zonası kimi istifadə olunan yerdə tikilir. Sənaye parkının ümumi ərazisi 190 hektar sahəni əhatə edir. Park Ağdam rayonunun əsas nəqliyyat- kommunikasiya qovşağının kəsişməsində yerləşir. Parkda qeydiyyatdan keçən rezidentlər üçün ümumi fiziki infrastruktur və kommunal xidmətlər dövlət tərəfindən təmin olunacaq. Rezidentlər üçün 10 il müddətinə gəlir və əmlak vergisi, ƏDV və idxal rüsumlarından azadolunma kimi vergi güzəştləri və aşağı icarə haqqının təyin olunması nəzərdə tutulur.

Cəbrayıl ərazisində tikilən “Araz Vadisi İqtisadi Zonası” 200 hektar ərazinin əhatə edir. Bu sənaye parkı Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 4 oktyabr tarixli Fərmanı ilə yaradılıb. Sənaye parkı kənd təsərrüfatı məhsullarının emalı, sənaye, sosial və texniki zonalarını ayrılıb. Sənaye zonası tam fəaliyyətə başladıqdan sonra orada logistika və anbar kompleksləri, TIR parkı, topdan və pərakəndə satış obyektləri və müxtəlif istehsal və xidmət müəssisələri fəaliyyət göstərəcək. Bu sənaye parkında dağ-mədən məhsulları və bitkiçilik məhsullarının da istehsalı planlaşdırılır.

Yaradılmış sənaye parklarının işğaldan azad edilmiş ərazilərdə qeyri neft sektorunun inkişafı ilə bərabər, ölkənin qeyri-neft məhsulları ixracında əhəmiyyətli rol oynayacağı proqnozlaşdırılır.

Bütün bu sadaladıqlarımız Qarabağ və Şərqi Zəngəzur regionunda əlverişli investisiya mühiti yaratmaqla həmin regiona investisiya axınına və sahibkarlığın inkişafına səbəb olacaq. Bu isə öz növbəsində həmin ərazilərin qısa zamanda sosial-iqtisadi inkişafına gətirib çıxarmaqla, ölkə iqtisadiyyatına tam inteqrasiyasını təmin edəcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Aqrar sahədə Türkiyə və Azərbaycan əməkdaşlığının perspektiv istiqamətləri müəyyən edilib

Kişi voleybolçuların Yüksək Liqasında ikinci finalçı bəlli olub

Kaledoniyalı parlamentari: Azərbaycan bizim üçün həqiqi bir nümunədir

Aİ ölkələri arasında Rusiyadan ən çox qaz alan dövlət Fransadır

Qaraciyər xəstəliklərinin müalicəsinə kömək edə bilən muncuqlar hazırlanıb

Lənkəranda Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edilib

Sahibə Qafarova: Fransa tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqaz regionunda da davam etdirmək niyyətindədir

Bloomberg: Rusiya sanksiyalardan yayınmaq üçün nəqliyyat dəhlizlərinin modernləşməsinə 25 milyard dollar sərmayə yatırmağa hazırlaşır

BDU aliminin yeni monoqrafiyası nəşr olunub

Kreml Fransanın mülkiyyət hüququnu pozmaqda ittiham edib

“İraq türkmanlarının ictimai, siyasi və fəlsəfi görüşləri” - dəyirmi masa

Azərbaycan ilə Çin baş prokurorluqları arasında hüquqi sahədə əməkdaşlıq genişlənir

BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş sərgi keçiriləcək

Ukrayna bu il silah-sursat alınmasına 4 milyard dollar xərcləyib

Dendrologiya İnstitutu Qazaxıstanın Botanika və Fitointroduksiya İnstitutu ilə əməkdaşlıq edəcək

Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edib

Audiovizual Şura BDU-da “Media subyektləri” mövzusunda seminar keçirib

Tural Gəncəliyev: Fransa öz gözündə tiri görmək istəmir

Şizofreniyanın müalicəsində yeni imkanlar araşdırılıb

Karlo Ançelotti Qvardiolaya qarşı unikal göstəriciyə imza atıb

Sülhməramlıların Qarabağdan çıxarılması Azərbaycanın Liderinin zərgər dəqiqliyi ilə tətbiq etdiyi diplomatiyanın məntiqi yekunudur - ŞƏRH

Komitə sədri: Fransa demokratik ideyaları məhv edir

Polşalı professorlar BMU tələbələrinə mühazirə oxuyublar

Tələbələr Dendrologiya İnstitutunda istehsalat təcrübəsinə başlayıblar

® Kreditlərinizi “Kapital Bank”a gətirin, nağdlaşdırma komissiyası olmadan kredit əldə edin

“SpaceX” daha 23 internet peykini orbitə çıxarıb

C vitamini qan təzyiqini aşağı salmağa kömək edir

Tatarıstan Azərbaycanla birgə kimya sənaye müəssisəsinin yaradılmasında maraqlıdır

Aşqarlar Kimyası İnstitutuna yaradıcı gənclərin ekskursiyası təşkil olunub

Ramana qəsəbəsində iki nəfər dəm qazından zəhərlənərək ölüb

Abbas Abbasov: Azərbaycan neokolonializmlə bağlı xalqların mübarizəsini dəstəkləyir

Türkiyəli nazir: Bakıda keçiriləcək COP29 sessiyası bütün dünya üçün əhəmiyyətlidir

Naxçıvanın su təchizatının yaxşılaşdırılması məqsədilə memorandum imzalanıb

Yeni Kaledoniya Senatın üzvü: Azərbaycan bizim üçün böyük qardaş rolunu oynayır

Almaniyada mənzil oğrularına qarşı ehtiyat tədbirləri açıqlanıb

Senat üzvü: Kanak xalqı öz müstəqillik mübarizəsini axıradək davam etdirəcək

Azərbaycan Hərb Tarixi Muzeyində “Şövqiyar Abdullayev – 55 il” anım tədbiri keçirilib

Nazir: Məktəb psixoloqu terapiya aparan şəxs deyil

® Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!

Rəqəmsal inkişaf və nəqliyyat naziri Ağdaşda vətəndaşların müraciətlərini dinləyib

Yeni kaledoniyalı parlamentari ölkəsinə dəstəyə görə Azərbaycana təşəkkür edib

Niyə “Məktəblinin dostu” layihəsinə ehtiyac yaranır?

İqtisadi Zonaların İnkişafı Agentliyinin Peşə Təhsil Mərkəzinin yeni saytı istifadəyə verilib

Kənd təsərrüfatı nazirinin müavini Lerikdə vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib

Manuel Noyer Çempionlar Liqasının tarixinə düşüb

Britaniyada 70 min nəfərə qarşı dələduzluq edən dəstə üzvləri həbs olunub

Milli Kitabxanada Tarixi Abidələrin Mühafizəsi Günü münasibətilə kitab sərgisi açılıb

Nazir: Xoşagəlməz hallar dünyanın bütün məktəblərində baş verir

Zahid Oruc: Rusiya sülhməramlılarının Qarabağdan çıxması nəinki Fransanı, ABŞ-ı da narahat edir

Naxçıvanda Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunub VİDEO

Nazirlik rəsmisi: Valideynlər “Məktəblinin dostu” layihəsindən tam razıdırlar

Azərbaycan Milli Məclisi ilə Yeni Kaledoniya Konqresi arasında Əməkdaşlıq haqqında Memorandum imzalanıb VİDEO

“Məktəblinin dostu” layihəsinin rəhbəri: İndiyədək 700 uşaq müəyyən səbəblərə görə psixiatrlara yönəldilib

“Roma” baş məşqçisi Daniele De Rossi ilə bağlı qərarını verib

Beyləqanda çiyid səpininə başlanılıb

Mariya Zaxarova: Qərb Cənubi Qafqazda qonşuların arasını vurmağa çalışır, Ermənistana isə bu məsələdə alət rolu ayrılıb

“Bavariya”nın futbolçusu: “Arsenal”ı Çempionlar Liqasından kənarlaşdırmaq gözəl hisslər idi

Üç min illik tarixə malik Bərdə maddi-mədəniyyət abidələri ilə zəngindir

Milli Məclisdə "Yeni Kaledoniya: Tarix, müasir çağırışlar və gözlənilən gələcək" mövzusunda konfrans keçirilir

HONOR Magic6 Pro İstanbulda təqdim olunub

Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü Qobustan Milli Tarix-Bədii Qoruğunda qeyd olunub VİDEO

Rusiya XİN: Aİ Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılmasına müsbət töhfə vermir

“Məktəblinin dostu” layihəsi hazırda 238 ümumi təhsil müəssisəsində həyata keçirilir

Gənclər Kitabxanasında Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar icmal hazırlanıb

Nigeriya COP29-dan əvvəl iqlim öhdəliklərini nəzərdən keçirir

Qubadakı “Günbəzli hamam” turistlərin ən çox diqqətini çəkən tarixi abidələrdəndir VİDEO

Tarixi-memarlıq abidələri milli yaddaşımızın tərkib hissəsidir

Enerjinin saxlanması və çevrilməsi üçün materiallar üzrə beynəlxalq simpoziumun 8-ci toplantısı Bakıda təşkil olunacaq

“Başlanğıcdan günümüzə Türkiyə-Azərbaycan əlaqələri” kitabı təqdim edilib

Marketdən 8 min manatlıq spirtli içki oğurlayan şəxs saxlanılıb VİDEO

® “Azercell” “GSMA M360 Eurasia” tədbirinə ev sahibliyi edəcək

Tailand hökuməti Qazaxıstan vətəndaşları üçün vizasız rejimi təsdiqləyib

Annalena Berbok: İranı təcrid etmək lazımdır

Rusiyalı ekspert: Parisin Bakıdakı səfirini geri çağırması Fransada zərərli siyasi təfəkkürün əlamətidir - ŞƏRH

Yeni Kaledoniya Konqresinin nümayəndə heyəti Bakı Təşəbbüs Qrupunun ofisində olub

Azərbaycan UNESCO Klubları Assosiasiyası Çinin müvafiq qurumu ilə süni intellekt, elektron idarəçilik sahələrində əməkdaşlıq edəcək

Şimali Qazaxıstan vilayətində daşqınların ikinci dalğası başlayıb

Azərbaycanın qadın şahmatçıları Avropa çempionatında mübarizə aparacaqlar

Azərbaycanın cüdo hakimi Paralimpiya Oyunlarına təyinat alıb

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi vətəndaşlara müraciət edib

Azərbaycan QHT-ləri, Qarabağ və Şərqi Zəngəzur sakinləri Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıblar

İdarə rəisi: Azərbaycanda beynəlxalq səviyyəli kiberdiplomatların hazırlanması üçün təlimlər keçiriləcək

Londondakı Mərkəzi Qalereyada Karavacconun son rəsmləri nümayiş etdiriləcək

Yeni maarifləndirici təşəbbüs: “1 sual, 1 cavab”

Bakı Avropa Liseyində müəllim və şagirdlər fövqəladə hallarda davranış qaydaları barədə məlumatlandırılıb

Burkina-Faso üç fransalı diplomatı ölkədən çıxarır

Britaniyalı deputat haqqında araşdırma başlayıb

Azərbaycan ilə Türkiyə məktəbləri arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Fransada insan hüquqları açıq şəkildə tapdalanır

“Azərbaycan ədəbiyyatşünaslıq elmi müstəqillik illərində (1991-2023)” – yeni nəşr

“İnklüzivlik ayı” layihəsinə başlanılıb

Bakı Ali Neft Məktəbi ilə Özbəkistan universitetləri arasında əməkdaşlıq imkanları müzakirə olunub

Agentlik rəhbəri IV sinifdən sonra “Son zəng” keçirilməsi məsələsinə aydınlıq gətirib

“Azərreyl”in baş məşqçisi: Finala yüksəlmək fantastikdir

Dövlət agentliyinin direktoru Naxçıvanda təhsil sahəsində tətbiq ediləcək yeniliklərdən danışıb

AFFA beş klubu cəzalandırıb

Eşqi Bağırov: İşğaldan azad edilmiş ərazilərdə 5 məktəbdə 107 müəllim fəaliyyət göstərir, 762 nəfər təhsil alır

“Google” İsrail əleyhinə aksiya keçirən 28 əməkdaşını işdən çıxarıb

FHN-in Şirvanda keçirdiyi təlimə 24 texnika və 160 nəfərlik heyət cəlb olunub VİDEO

Agentlik direktoru: Kişi müəllimlərin sayında azalma müşahidə olunmur