Qarabağ xülyasına düşməzdən əvvəl öz əsgərlərinizi siçovullardan qoruyun
AzerTAg.az

Berlin, 29 noyabr, AZƏRTAC
“Alman dalğası” nəşri Avropanın müxtəlif guşələrində xidmət keçən fransız hərbi qulluqçularının üzləşdiyi dəhşətli şəraitdən yazır.
AZƏRTAC xəbər verir ki, fransız hərbçilər acınacaqlı yaşayış şəraitindən və qidalanmanın pis olmasından şikayətlənirlər. Onlar sosial şəbəkələrdə, məsələn, siçovulların “hücumundan”, çadırların zibilli və soyuq olmasından gileylənirlər. Fransa Baş Qərargahından “Mediapart” fransız təhqiqat platformasına verilən məlumata görə, yeni hərbi bölmə yaradılarkən çox vaxt qəbuledilməz şəraitlə üzləşirlər. NATO-nun Konstansa yaxınlığındakı aviabazasında problemlər qeydə alınıb. Hərbi prokurorluq orqanları təhqiqat aparırlar, çünki əsgərlər 2 milyon avro dəyərində dizel yanacağını və ağ nefti, əlbəttə, mütəşəkkil kriminal qruplaşmalarla əlbir olaraq, oğurlayıblar.
Görünür, Prezident Emmanuel Makron öz ordusundakı bütün problemləri “həll edib” və indi Cənubi Qafqazda vəziyyəti “düzəltməyi” qərara alıb.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
Xəbərin mətnində orfoqrafik səhv var