İQTİSADİYYAT


Qarabağa sərmayə qoyuluşu ilə bağlı 1200-ə yaxın müraciət daxil olub

Bakı, 6 iyul, AZƏRTAC

Qarabağda əlverişli investisiya mühiti mövcuddur. Artıq İqtisadiyyat Nazirliyində yaradılan “Front Office” vasitəsilə işğaldan azad edilmiş ərazilərə sərmayə qoyuluşu ilə bağlı 1200-ə yaxın müraciət daxil olub.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan-Türkiyə əməkdaşlığına həsr olunmuş “Caspian Energy Forumu”nun Xüsusi Sessiyasında Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) rəhbəri Yusif Abdullayev deyib.

O bildirib ki, müraciətlərin 400-ə yaxını xarici ölkələrin şirkətlərindən daxil olub. Onlardan 100-ə yaxını isə Türkiyə şirkətləridir: “Əlbəttə biz bu rəqəmlərin daha çox olmasını istəyirik”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.