İQTİSADİYYAT


Qarabağda aqroparkların yaradılması üçün peyk təsvirləri vasitəsilə ərazilər müəyyənləşdirilib

Qarabağda aqroparkların yaradılması üçün peyk təsvirləri vasitəsilə ərazilər müəyyənləşdirilib

Bakı, 1 dekabr, AZƏRTAC

İşğaldan azad olunmuş ərazilərdə peyk təsvirlərindən istifadə etməklə balıqçılıq təsərrüfatlarının yaradılması, istixana komplekslərinin quraşdırılması, aqroparkların yaradılması məqsədilə əlverişli ərazilərin müəyyən olunması istiqamətində əhəmiyyətli işlər görülüb.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Kosmik Agentliyinin İdarə heyətinin sədri Saməddin Əsədov “Azərbaycan Respublikasında peyk vasitəsilə Yerin məsafədən müşahidəsi xidmətlərinin inkişafına dair 2019–2022-ci illər üçün Dövlət Proqramı”nın nəticələrinə həsr olunmuş konfransda çıxışında deyib.

S.Əsədov bildirib ki, “Azersky” peykinin xidmətlərindən istifadə etməklə ölkədə, xüsusilə kənd təsərrüfatı sahəsi üzrə əkin növləri xəritəsinin hazırlanması, zeytun, fındıq bağlarının salınması, iri arıçılıq təsərrüfatlarının yaradılması üçün uyğun ərazilərin seçilməsi, pambıq sahələrində suvarılmanın və vegetasiya dövründə baş verən anomaliyaların monitorinqi aparılıb: “Eyni zamanda, taxıl sahələrinin qiymətləndirilməsi, ölkə üzrə pivot tipli müasir suvarma sistemlərinin peyk təsvirləri üzərindən müəyyən edilməsi və qeydiyyatı istiqamətində iri layihələr həyata keçirilib”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.