Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qarabağda arxeoloji tədqiqatlar tarixindən

Qarabağda arxeoloji tədqiqatlar tarixindən

Bakı, 1 iyun, AZƏRTAC

Azərbaycanda arxeoloji tədqiqatlar kiçik istisnalar olmaqla əslində Qarabağdan başlanıb. Tarixi-arxeoloji abidələrin zənginliyi, xronoloji diapazonun əhatəliliyi baxımından Qarabağ Azərbaycanın başqa bölgələrindən əhəmiyyətli dərəcədə fərqlənir.

Əldə olan məlumatlara görə, Qarabağın qədim arxeoloji abidələrinin qeydə alınmasına XIX əsrin 30-cu illərindən başlanılıb. İlkin məlumatlar əcnəbi səyyah və tədqiqatçılar tərəfindən verilib və təsadüfi xarakter daşıyıb. Belə ilk məlumat İsveçrə səyyahı Dyubua de Monperonun 1834-cü ildə Qafqazı gəzərkən Naxçıvandan sonra Şuşada olması, Şuşadan Gəncəyə gedərkən Şahbulaq və Tərtər zonasında mövcud olan abidələr haqqında söylədiklərindən ibarətdir. 1881-ci ildə isə Nikolay Silosani Bərdədə bir neçə kurqan abidəsinin varlığı barədə V arxeoloji qurultaya məlumat verib. Rusiya Coğrafiya Cəmiyyətinin tapşırığı ilə Azərbaycanda olmuş Sergey Veysenqof XIX əsrin 80-ci illərinin əvvəlində Mil-Qarabağın düzənlik və dağlıq hissəsini gəzib, buradakı qədim abidələri qeydə alaraq nəşr etdirib.

Bu fikirlər Azərbaycan Dövlət İqtisad Universiteti Humanitar fənlər kafedrasının professoru Hidayət Cəfərovun “Qarabağda arxeoloji tədqiqatlar tarixindən” sərlövhəli məqaləsində yer alıb. AZƏRTAC məqaləni təqdim edir.

XIX əsrin axırlarında Şuşa Realnı Məktəbində işləmiş, milliyyətcə alman olan Emil Reslerin axtarışları öz dövrünə görə müəyyən dolğunluğu ilə seçilir. O, 1891-ci ildən 1898-ci ilə qədər Qarabağda axtarışlar aparıb, qədim arxeoloji abidələri qeydə alıb, ən başlıcası isə bu abidələrin bəzilərində (Daşaltı, Çanaxçı, Mehdikənd, Gülablı, Dovşanlı, Ballıqaya-Sırxavənd, Dəmqolu, Axmaxı, Xocalı, Xaçınçay) qazıntı işləri aparıb. Bu abidələrdən əldə olunmuş maddi-mədəniyyət nümunələrinin sonrakı tədqiqi Azərbaycanda Tunc dövrünün müxtəlif mərhələlərinin bir sıra məsələlərinin açılışına kömək edib.

Qarabağda Emil Reslerin arxeoloji axtarışları coğrafi baxımdan daha geniş ərazini əhatə edib. Onun Qarabağın yüksək dağlıq zonasında yerləşmiş Zerti (Serti), Səngər və Kəttitəpə kurqanlarında apardığı qazıntılar zamanı maraqlı nəticələr əldə edilib. Arxeoloji qazıntıların son dərəcə bəsit metodoloji üsulla aparılmasına baxmayaraq Emil Reslerin axtarışları zəngin maddi-mədəniyyət nümunələrinin toplanılmasına şərait yaradıb. O, arxeoloji qazıntıların nəticələrini Rusiya İmperator Arxeoloji Komissiyasının illik hesabatlar məcmuəsində, habelə Alman Arxeologiya, Etnoqrafiya və Antropologiya məcmuəsində dərc etdirib. Lakin bu hesabatlar bir qayda olaraq təsviri xarakteri daşıyıb, abidələrin dövrü, xronoloji ardıcıllıq, mənsubiyyəti və başqa mühüm məsələlərə toxunulmayıb.

Moskva Arxeoloji Cəmiyyətinin xətti ilə 1896-cı ildə Zaqafqaziyaya elmi ezamiyyətə göndərilmiş Aleksandr İvanovski Gədəbəydə axtarışlarla yanaşı, Qarabağın Xaçınçay, Gülyataq, Vənk, Xocalı və Qarabulaq abidələrində arxeoloji qazıntılar aparıb, Qaraköpəktəpə haqqında ötəri məlumat sərgiləyib.

Qarabağda arxeoloji qazıntı işləri uzun fasilədən sonra yalnız Azərbaycanda sovet hakimiyyətinin ilk illərində yenidən davam etdirilib.

1924-1925-ci illərdə Azərbaycan Arxeoloji Komitəsinin xüsusi kompleks ekspedisiyası Şuşa və Laçın, habelə Zəngəzur bölgəsində geniş axtarış işləri aparıb, səfərin nəticələri haqqında ətraflı hesabat nəşr olunub. 1926-cı ildə akademik İvan Meşşaninovun rəhbərliyi altında Cəfər Nəsifi, İsa Əzimbəyov, Ələsgər Ələkbərov, İshaq Cəfərzadə, Saleh Qazıyev, Boris Latınin və Tatyana Passekin iştirakı ilə Azərbaycanı Tədqiq edən və Öyrənən Cəmiyyətin təşkil etdiyi arxeoloji ekspedisiya Qarabağ və Naxçıvan bölgələrində genişmiqyaslı tədqiqat işləri aparıb.

1927-ci, 1929-cu və 1933-cü illərdə İvan Meşşaninovun rəhbərlik etdiyi arxeoloji ekspedisiyalar Mil-Qarabağ düzənliyi və Qarabağın dağlıq bölgəsində arxeoloji tədqiqatları davam etdirib.

Yakob (Yakov) Hümmel Gəncəçay bölgəsində sistemli arxeoloji axtarışlarla bərabər, 1938-1939-cu illərdə Qarabağın Kərkicahan, Xankəndi, Xocalı abidələrində yoxlama qazıntıları aparıb. Ədalət xatirinə qeyd etməliyik ki, Yakob Hümmel ilk dəfə olaraq Xankəndi kurqanlarının Eneolit yox, İlk Tunc dövrü abidələri olduğunu qeyd edib. 1930-cu illərdə Qarabağda Yakob Hümmelin tədqiqatları ilə bir vaxtda bəzi epizodik qazıntı işləri də (Ağdərənin Aşağı Orataq kəndi və Xankəndi ətrafında) aparılıb.

Qarabağ zonasında növbəti arxeoloji tədqiqatlar XX əsrin 50-ci illərində davam etdirilib. Aleksandr İessenin rəhbərlik etdiyi SSRİ EA Arxeologiya İnstitutu və Azərbaycan SSR EA Tarix İnstitutunun birgə arxeoloji ekspedisiyası 1954-1960-cı illərdə Mil-Qarabağ ərazisində genişmiqyaslı arxeoloji axtarışlar aparıb, Qarabağın çoxillik tədqiqatları tarixində ilk dəfə olaraq Eneolit və Orta Tunc dövrünün məişət abidələri, həmçinin kurqanlar (Şah təpə, Kamil təpə, Nərgiztəpə, Göytəpə, Rəsultəpə, Üzərliktəpə, Üçtəpə, Xocalı, Kiçik kurqan və s.) qeydə alıb. Bu tədqiqatlar zamanı Azərbaycan arxeologiyasının sonrakı əsas gücünü təşkil etmiş bir qrup mütəxəssis, o cümlədən Ömər İsmizadə, Məmmədəli Hüseynov, İdeal Nərimanov, Qara Əhmədov, Osman Həbibullayev və başqaları təcrübə toplayıblar.

1960-cı ildə Məmmədəli Hüseynovun aşkar etdiyi dünya şöhrətli Azıx mağarasının tədqiqi ilə Qarabağın arxeoloji tədqiqatları tarixində bilavasitə azərbaycanlı mütəxəssislərin iştirakı ilə yeni mərhələ başlanıb. Sonrakı illərdə Paleolit ekspedisiyası Qarabağın digər əhəmiyyətli abidələrini - Tağlar, Zar, Şuşa düşərgələrini elmi dövriyyəyə daxil edib. Elə həmin illərdə İdeal Nərimanovun və Qüdrət İsmayılzadənin rəhbərliyi ilə Qarabağın Eneolit-Tunc dövrü, Rəhim Vahidov və Rəşid Göyüşovun rəhbərliyi ilə antik və ilk orta əsrlər, xüsusilə ilkin xristianlıq dövrü, eləcə də Qara Əhmədovun rəhbərliyi və Ömər İsmizadə, Fərhad İbrahimov, Nina Mustafayeva, Vera Fomenka və digərlərinin iştirakı ilə antik-orta əsrlər dövrü (Paytakaran, Qara təpə, Örənqala-Beyləqan) abidələrinin sistemli tədqiqatları aparılıb.

Azərbaycanın, o cümlədən Qarabağın qədim tayfalarının həyatının müxtəlif sahələrinin öyrənilməsində İdeal Nərimanovun rolu və əməyi çox böyükdür. O, hələ XX əsrin 50-ci illərində Azərbaycan Arxeoloji Ekspedisiyasının tərkibində Mil-Qarabağın arxeoloji abidələrinin qeydə alınmasında, eyni zamanda, Üçtəpə abidələrinin (kurqan və yaşayış yeri) qazıntılarında iştirak edib. XX əsrin 60-cı illərinin ortalarında, habelə 70-ci illərin axırları və 80-ci illərdə onun düzənlik Qarabağda apardığı tədqiqatlar zamanı başqa dövr abidələri ilə yanaşı, onlarla Eneolit və İlk Tunc dövrü yaşayış məskənləri, habelə Eneolitin final mərhələsinə, bəlkə də İlk Tunc dövrünə keçid mərhələsinə (Leylatəpə) aid abidə qeydə alınaraq öyrənilib. Bu abidələrdən aşkar olunmuş arxeoloji materiallar (xüsusilə keramika) İdeal Nәrimanova Qarabağın Eneolit və İlk Tunc dövrləri arasında irsi bağlılığın varlığını söyləməyə imkan verib.

XX əsrin 60-cı illərində Azərbaycanın Füzuli bölgəsində intensiv araşdırmalarla yanaşı, 1970-ci illərin ortalarından Qüdrət İsmayılov tərəfindən Tərtərçayın yuxarı axınında, Kəlbəcər rayonunun alp çəmənlikləri zonasında yerləşmiş arxeoloji abidələrin tədqiqinə başlanılıb. Burada İlk Tunc dövrünə aid mövsümi xarakterli (yaylaq) yaşayış məskənləri və çoxsaylı qayaüstü təsvirlər aşkarlanaraq tədqiq olunub.

Bütövlükdə ayrı-ayrı arxeoloji tədqiqatlar kampaniyası arasındakı durğunluq 10-15 il çəkib. Həmin dövrdə qədim tarixi abidələrlə zəngin olan bu diyarın sistemli və məqsədyönlü arxeoloji tədqiqi bir vəzifə kimi qarşıya qoyulmayıb. Yaşayış məskənləri və qəbir abidələrinin müqayisəli təhlili verilməyib, düzənlik və dağlıq zonanın arxeoloji abidələrinin qarşılıqlı münasibəti, hər iki zonanın tarixi-coğrafi, ekoloji vəhdəti, məskunlaşma mərhələləri və başqa problemlərin qoyuluşuna və həllinə cəhd olunmayıb, ərazinin arxeoloji xəritəsi tərtib edilməyib. Bu boşluğun doldurulması 1980-ci ildə yaradılmış Mil-Qarabağ arxeoloji ekspedisiyasının 2-ci dəstəsinin qarşısında qoyulmuşdu. Bu sətirlərin müəllifinin rəhbərlik etdiyi dəstə 1980-ci ildən 1988-ci ilə qədər ərazidə genişmiqyaslı sistemli arxeoloji tədqiqatlar aparıb, tutarlı elmi nailiyyətlər əldə edib. Tədqiqatlar 1981-1986-cı illərdə Tərtərçay hövzəsində (Borsunlu, Bəyimsarov nekropolu, Toxmaxtəpə, Göytəpə, Üçoğlan, Namazalı təpə və s. yaşayış yerləri, çoxsaylı kurqanlar qrupu və s.), 1984-cü ildə Xocalı nekropolunda, 1986-1988-ci illərdə Qarqarçay-Xaçınçay hövzəsində (Sarıçoban nekropolu, Maqsudlu, Paprəvənd, Boyəhmədli, Kəngərli, Pirili və s. kurqanlar qrupu, Qaratəpə, Misir Qışlağı və s. yaşayış yerləri) aparılıb.

1970-1980-ci illərdə Məmmədəli Hüseynov, Aləm Nuriyev, İlyas Babayev, Arif Məmmədov Bərdə orta əsrlər şəhər yerində, antik və ilk orta əsrlərə aid Şortəpədə, son illər isə Abbas Seyidov Tərtər ərazisində arxeoloji araşdırma aparıblar. Həmin illərdə Xudafərin su anbarının inşası ilə bağlı yaradılmış xüsusi arxeoloji ekspedisiya (Qara Əhmədov, Rəşid Göyüşov, Aləm Nuriyev) fəaliyyətdə olub,1980-ci ilin axırı 1990-cı ilin əvvəllərində Təvəkkül Əliyev Cəbrayıl, Zəngilan, Qubadlı rayonlarına arxeoloji səfərlər edib. Mənim rəhbərliyimlə bir neçə dəstədən (Təvəkkül Əliyevin, Xaqani Alməmmədovun dəstələri) ibarət olan Qarabağ arxeoloji ekspedisiyası 2008-ci ildən başlayaraq Qarabağ ərazisinin arxeoloji tədqiqatlarına yenidən start verib, hazırda bu tədqiqatlar yeni müstəvidə davam etdirilir. Hidayət Cəfərov dəstəsi ilə Palıdlı nekropolu, habelə Eneolit dövrünün Şomulu təpə, Kəlbəhüseyn təpə, Leylatəpə mədəniyyəti tipli Palıdlı-2 yaşayış yerlərində, Təvəkkül Əliyev Qalatəpə, Kamil təpə, Nərgiztəpə və s. abidələrində, Xaqani Alməmmədov Eneolit dövrünün İsmayılbəy təpə, Fərman təpə və s. yaşayış məskənlərində sistemli tədqiqat aparırlar.

Beləliklə, Qarabağda müxtəlif fasilələrlə 130 ildən artıq bir vaxtda aparılmış arxeoloji tədqiqatlar nəticəsində Ən Qədim Daş dövründən son orta əsrlərə qədər bir tarixdə bu ərazidə yaşamış əhalinin sosial-iqtisadi, təsərrüfat, etnik-mədəni və ictimai həyatının müxtəlif sahələrində inkişaf dinamikası və dəyişikliklər haqqında ətraflı məlumat əldə etməyə imkan verən yüzlərlə müxtəlif xarakterli məişət və qəbir abidələri açılıb öyrənilib, elmi ədəbiyyata daxil edilib.

Azad Qarabağda yeni müstəvidə kompleks arxeoloji tədqiqatlar davam etdiriləcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Məhkəmə ilk dəfə cinayət işləri üzrə mediasiya yolu ilə barışıq sazişi əsasında şəxsi çəkilməmiş cəzadan azad edib

Ədalətli oyun sahəsində fərqlənənlər mükafatlandırılıb

Ulu Öndərin müdrik həyat fəlsəfəsi daim böyük işləri ilə təsdiqlənib ŞƏRH

Moskva Rusiyanın Krakovdakı baş konsulluğunun bağlanmasına cavab verəcək

Sığorta sektorunda dayanıqlılıq prinsiplərinin tətbiqinin genişləndirilməsi müzakirə olunub

Azərbaycan Qazaxıstanda beynəlxalq teatr festivalında təmsil olunacaq

Çin və ABŞ qarşılıqlı şəkildə rüsum tətbiqini azaldır

Vətən müharibəsində yaralılara könüllü kimi xidmət göstərmiş tibb bacısı: Nə qədər ağır olsa da, özümü auditoriyada təsəvvür edə bilmirdim

DƏMX beynəlxalq müsabiqədə üç nominasiya üzrə qalib seçilib

Azərbaycanın Əməkdar artisti Türkiyədəki fəlakət zonasında konsert verib

“Gəncə” voleybol klubu baş məşqçisi ilə yollarını ayırıb

Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 9 faizdən çox artıb

Bakıda ölkə futbolunun əfsanələri arasında matç keçiriləcək

İran XİN: Tehran ABŞ-ın nüvə obyektlərinin sökülməsi tələbini rədd edib

Türkiyənin müdafiə naziri Azərbaycana səfər edəcək

Baş prokuror paytaxtın Nizami rayonunda vətəndaşların müraciətlərini dinləyəcək

Deputat: Azərbaycan-Lüksemburq münasibətlərində yeni mərhələnin açılması hər iki tərəfin marağındadır

Finlandiyada İsveç və Böyük Britaniya hərbçilərinin iştirakı ilə təlimlər başlayıb

Rəsmi Kiyev: Ukrayna-Rusiya danışıqlarından öncə 30 günlük atəşkəs elan edilməlidir

NBA: “Oklahoma-Siti Tander” və "İndiana Peysers" növbəti qələbələrini qazanıblar

Bakıda Avropa və MDB Poçt Liderlərinin I Forumu keçiriləcək

Cəlilabad çiyələyi Rusiyaya ixrac olunur - ərəb ölkələrindən də təkliflər var

BDU-da astronomik müşahidə günü

Nigeriyada silahlı hücumlar nəticəsində 23 nəfər ölüb

“Google” korporasiyası 3 yeni modul AES sifariş edib

Milli kibertəhlükəsizlik monitorinq sisteminin yaradılması istiqamətində tədqiqatlar davam etdirilir

Azərbaycan ilə Latviya arasında kənd təsərrüfatı üzrə birgə işçi qrupun yaradılması müzakirə olunub

Ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunub

Mayın 12-si Beynəlxalq Bitki Sağlamlığı Günüdür

Yeni kəşf: Marsın 5-20 kilometr dərinliyində - okeanaltı qatlarda su ehtiyatları var

Azərbaycanda qarpız sahələrinin sığortalanması mövsümü başlayıb – şərtlər, məbləğlər

Gənclər Kitabxanasında Xalq yazıçısı Maqsud İbrahimbəyova həsr edilən elektron məlumat bazası hazırlanıb

Ağdam: Dağıntıdan dirçəlişə, qisasdan qürura doğru RƏY

Türkiyə hökuməti terror təhlükəsinin tam aradan qaldırılması məsələsini müzakirə edəcək

Azərbaycan Ordusunda kibertəhlükəsizliyə və dövlət sirrinin mühafizəsinə dair tədbirlər keçirilir

Dövlət qurumları arasında keçirilən 3x3 basketbol yarışının qalibləri açıqlanıb

NASA Veneranın qabığının sürpriz cəhətini ortaya çıxarıb

MSK-nın nümayəndə heyəti TDT-yə üzv ölkələrin ali seçki qurumlarının Məşvərət Platformasının təsisində iştirak edəcək

Koreyada təhsil alan BMU-INHA IDP tələbələri üçün magistraturaya qəbul imtahanı keçirilib

“Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri”nin finalı keçirilib

Gecikdirilmiş sosial xarakterli 110 min manata yaxın vəsait işçilərə ödənilib

Azərbaycan Basketbol Federasiyasının vitse-prezidenti: Başlıca məqsəd dünya çempionatına vəsiqə qazanmaq olacaq

Rusiya rəsmisi bu il Sumqayıtda müştərək sənaye parkının işə salınacağına ümid edir

Bitki sağlamlığının qorunması istiqamətində tədbirlər davam etdirilir

“Qarabağ”ın futbolçusu Azərbaycan çempionatları tarixinə düşüb

Naxçıvanda evdən 22 min dollar oğurlayan şəxslər saxlanılıblar

DİN: Həftə sonu ölkə ərazisində 66 cinayətin açılması təmin olunub

Fiziklər Böyük Adron Kollayderində ilk dəfə qurğuşunu qızıla çeviriblər

Dünya bazarında qızıl 61 dollaradək ucuzlaşıb

Dünya birjalarında neft bahalaşıb

“Turan Tovuz”dan Azərbaycan çempionatlarında 40-cı məğlubiyyət

Misli Premyer Liqasında XXXV turun oyun cədvəli açıqlanıb

İlin ilk rübündə AKİA tərəfindən fiziki və hüquqi şəxslərə 19,6 milyon manat güzəştli kredit verilib

Paytaxt ərazisində avtoxuliqanlıq hərəkətləri edən motosiklet sürücüləri həbs olunublar

DİN: Bank məlumatlarınızı naməlum şəxslərlə paylaşmayın

Abşeron Milli Parkında Ümummilli Liderin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar veloyürüş təşkil edilib

Milli Hidrometeorologiya Xidmət: Çaylarda sululuq artıb

Hövsan qəsəbəsində şəhid Elmaz Hacıyev küçəsinin təmiri yekunlaşmaq üzrədir

Adı musiqi tariximizin səhifələrinə əbədi yazılmış bəstəkar

Ceyhun Bayramov Bəhreyn Krallığına rəsmi səfərə yola düşüb

Bakıda bir sıra yollarda sıxlıq müşahidə olunur - SİYAHI

Media: Aİ və Böyük Britaniya birgə müdafiə paktını təqdim edəcək

Misirin Baş naziri: Ölkədə 10 milyondan çox qaçqın var

Rubio: ABŞ-ın Ukrayna ilə bağlı prioriteti dərhal atəşkəsdir

Moqadişoda daşqınlar nəticəsində 10 nəfər ölüb

Çin rəsmisi: ABŞ-la ticarət danışıqları konstruktiv keçib

Vitamin əlavələri optik sinirin zədələnməsini yavaşlada bilər - TƏDQİQAT

Almaniyanın 60-dək şəhərində ifrat sağçı AfD-nin bağlanması tələbi ilə aksiyalar keçirilib

Roma Papası gerbini və şüarını açıqlayıb

Ömər Çelik: Türkiyə Prezidenti böhranların həllinə ciddi töhfə verir

İtaliya sahillərində qayıqda ikisi uşaq olmaqla ölmüş üç miqrant aşkarlanıb

Çində 5,6 bal gücündə zəlzələ baş verib

Praqada Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü qeyd edilib

Almaniyanın Münster şəhərində Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş xüsusi dərs keçirilib

Qaxın iki kəndində güclü külək və yağış fəsadlar törədib

Omanda İran-ABŞ danışıqlarının növbəti raundu keçirilib

Göyçayda güclü yanğın nəticəsində ev sahibinə ciddi ziyan dəyib VİDEO

Göyçayda güclü yanğın nəticəsində ev sahibinə ciddi ziyan dəyib VİDEO

Zelenski: Putini mayın 15-də şəxsən Türkiyədə gözləyəcəyəm

Premyer Liqada XXXIV tura yekun vurulub

Azərbaycan və BƏƏ arasında strateji tərəfdaşlıq çərçivəsində görülən işlər müzakirə edilib

Superliqa: “Beşiktaş” üçüncü pilləyə yüksəlib

İtaliya A Seriyası: "İnter" vacib qələbə qazanıb

Bakının bəzi yollarında nəqliyyat sıxlığı müşahidə olunur

AZƏRTAC-ın xüsusi müxbiri Gürcüstanın internet televiziyasında çıxış edib

Türkiyəli professor: Yaşlandıqca daha çox nevroloji xəstəliklərə məruz qalırıq VİDEO

Türkiyəli professor: Yaşlandıqca daha çox nevroloji xəstəliklərə məruz qalırıq VİDEO

Şəhid Telman Haqverdiyevin xatirəsinə həsr olunan anım mərasimi keçirilib

"El-Klasiko": "Barselona" 7 qolun vurulduğu oyunda "Real Madrid"i məğlub edib

Azərbaycan Neyrocərrahlarının Birinci Beynəlxalq Konqresi başa çatıb YENİLƏNİB VİDEO

Azərbaycan Neyrocərrahlarının Birinci Beynəlxalq Konqresi başa çatıb YENİLƏNİB VİDEO

Cənubi Koreyanın hakim partiyası prezidentliyə namizədini müəyyənləşdirib

V.Yonesku: Azərbaycan-regionda sabitlik, çeviklik və tərəfdaşlıq baxımından həlledici mövqedədir

Ölkəmizdə ilk dəfə “Olimpiada Bilik Forumu” təşkil olunub

Azərbaycanlı alimlər beynəlxalq konfransında iştirak ediblər

Ulu Öndərin doğum günü Rustavidə də qeyd olunub

Lənkəranda “Gənclərin Peşə Bələdçisi” düşərgəsi keçirilir VİDEO

Lənkəranda “Gənclərin Peşə Bələdçisi” düşərgəsi keçirilir VİDEO

Həkim-neyrocərrah: Qafqaz xalqları insult və yüksək təzyiqə bir qədər meyillidir VİDEO

Həkim-neyrocərrah: Qafqaz xalqları insult və yüksək təzyiqə bir qədər meyillidir VİDEO

Ulu Öndərin əziz xatirəsinə ehtiram əlaməti olaraq Bağdaddakı səfirliyimiz ziyarət edilib

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Marko Rubio gələn həftə Türkiyəyə səfər edəcək

Fövqəladə Hallar Nazirliyi bəzi bölgələrdə gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Daşaltı kənd məscidi Qarabağ memarlıq məktəbinin ənənələrinə uyğun inşa olunub VİDEO

Daşaltı kənd məscidi Qarabağ memarlıq məktəbinin ənənələrinə uyğun inşa olunub VİDEO