REGİONLAR


Qarabağda əkiləcək çinarlar Gəncədə yetişdirilir

Gəncə, 8 iyun, Elcan Məmmədov, AZƏRTAC

İşğaldan azad olunmuş ərazilərdə əkiləcək çinar ağacları Gəncədə yetişdirilir.

Bu barədə AZƏRTAC-a açıqlamasında Gəncə Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin (MKTİB) mətbuat xidmətinin rəhbəri Vüsal Balayev məlumat verib. O bildirib ki, ilkin olaraq 10 min çinar ağacının azad olunmuş torpaqlara köçürülməsi planlaşdırılır.

“Körpə ağacların köçürülməsi payız mövsümündə həyata keçiriləcək. Çinar ağacları ilə yanaşı, işğaldan azad olunmuş torpaqlarımızda şam, akasiya, palıd və kiparis ağaclarının da əkilməsi nəzərdə tutulur”, - deyə qurum rəsmisi əlavə edib.

Qeyd edək ki, elmi mənbələrdə əsl adı “Platanus Orientalis” kimi tanınan Şərq çinarı Gəncədə Xan çinarı kimi adlandırılır və şəhərin rəmzlərindən biri hesab olunur. Adətən, 1000-1500 il yaşayan bu ağacların gövdəsinin diametri 12 metrədək böyüyə bilir. Əzəmət və ucalıq rəmzi hesab edilən Şərq çinarlarının hündürlüyü 25-30 metrə, bəzi hallarda isə 50 metrə çatır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.