ELM VƏ TƏHSİL


Qarabağda ənənəvi sahələrin bərpası ilə yanaşı, bostan və yem bitkilərinin də becərilməsi vacibdir

Bakı, 26 oktyabr, AZƏRTAC

AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.

Bu barədə AZƏRTAC-a AMEA-dan bildirilib. İclasda AMEA-nın vitse-prezidenti, institutun baş direktoru akademik İradə Hüseynova oktyabrın 22-də Tərtər rayonunun Şıxarx qəsəbəsində böyük Zəfər gününə həsr olunmuş “AMEA Genetik Ehtiyatlar İnstitutunun Qarabağ Elmi-Tədqiqat Bazasının infrastrukturunun bərpası, bölgə üçün yaradılmış buğda və arpa sortlarının toxumçuluğunun təşkili məsələləri” mövzusunda keçirilmiş tarla seminarı haqqında məlumat verib. Bildirib ki, seminar AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin işğaldan sonra qədim Qarabağ torpağında keçirilən ilk tədbiridir. Akademik Qarabağda ənənəvi sahələrin bərpası ilə yanaşı, kartof, tərəvəz, bostan və yem bitkilərinin də becərilməsinin, bu sahələrin inkişafı üçün elmi tədqiqatların aparılmasının vacibliyini qeyd edib.

Akademik İ.Hüseynova iştirakçıları AMEA-nın və respublikanın digər elm və ali təhsil müəssisələrində 2021-ci ildə aparılmış elmi-tədqiqat işlərinin yekunlarına dair hesabatlar haqqında AMEA Rəyasət Heyətinin 2021-ci il 1 oktyabr tarixli qərarının mətni ilə tanış edib, hesabatların hazırlanması və vaxtında təqdim olunması üçün tövsiyələr verib.

İclasda institutun Karbonun fotosintetik assimilyasiyasının enzimologiyası laboratoriyasının baş elmi işçisi Şahniyar Bayramovun Yunanıstanda keçirilən Roxsi COST proqramının illik konfransında iştirakı ilə bağlı hesabatı dinlənilib. Həmçinin Hesablama struktur biologiyası laboratoriyasının böyük elmi işçisi Rəfiqə Məsməliyevanın Almaniyanın Hamburq Universitetində “CUl: Maddənin təkmilləşdirilmiş görünüşü” layihəsi çərçivəsində tədqiqatlar aparmaq üçün 2 il müddətinə akademik məzuniyyətə göndərilməsi, Zəfər bayramı ilə bağlı institutda həyata keçiriləcək tədbirlər planı və digər məsələlər geniş müzakirə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.