REGİONLAR
Qarabağda gənclərin yaradıcılıq festivalı
AZƏRTAC xəbər verir ki, festivalda Qarabağ bölgəsindən olan yüzlərlə yeniyetmə və gənc iştirak edib.
Festivalın açılış mərasimində çıxış edən Gənclər üçün Təhsil Mərkəzinin icraçı direktoru Fəxrəddin Həsənzadə gənclərin yaradıcılıq bacarıqlarının üzə çıxarılması və artırılması, habelə onlarda yaradıcı işə maraq oyadılması baxımından tədbirin əhəmiyyətini yüksək qiymətləndirib. Bildirilib ki, respublikamızda son illər muğam sənətinə dövlətin diqqət və qayğısının artırılması, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva tərəfindən bu sahəyə yüksək qiymət verilməsi, ölkədə muğam ifaçılığının inkişaf etməsinə zəmin yaradıb.
Çıxışlarda bildirilib ki, Qarabağdan olan gənclər müxtəlif festival və müsabiqələrdə fəal iştirak edir, ölkəmizi, onun mədəniyyətini dünyaya tanıdırlar.
Festivalda gənclər teatr, rəssamlıq, əl işləri, bədii qiraət, aşıq sənəti, rəqs, musiqi və digər sahələrdə öz bacarıqlarını nümayiş etdiriblər.
Sonda iştirakçılara diplomlar təqdim edilib.