REGİONLAR
Qarabağda su təsərrüfatı kompleksinə dair Dövlət Proqramı hazırlanıb
Bakı, 7 may, AZƏRTAC
“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC işğaldan azad olunmuş ərazilərdə meliorasiya və su təsərrüfatı kompleksinin bərpası, eləcə də inkişafı üzrə Dövlət Proqramı hazırlayıb.
AZƏRTAC xəbər verir ki, bunu qurumun sədr müavini Zakir Quliyev bildirib.
“Proqramın məqsədi Dağlıq Qarabağın ətrafındakı, uzun illər erməni təcavüzünə məruz qalmış ərazilərdə suvarılan torpaqların kənd təsərrüfatında istifadəsinə şərait yaratmaq üçün ilkin mərhələdə melioarsiya və su təsərrüfatı obyektlərinin təmir-bərpası ilə onların iş rejimlərinin bərpası, sonrakı mərhələdə bu obyektlərin müasir səviyyədə yenidən qurulmasına və inkişafına nail olmaqla idarə edilməsinin səmərəli təşkilindən ibarətdir. Bu il səhmdar cəmiyyət meliorasiya və su təsərrüfatı obyektlərinin tikintisi, yenidənqurulması işlərinin davam etdirilməsi üzrə təkliflərini aidiyyəti qurumlara təqdim edib”, - deyə o qeyd edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [18:52]
İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətini dinləyib
- 19.04.2024 [18:50]
ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb
- 19.04.2024 [18:15]
“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib
- 19.04.2024 [17:38]
Sumqayıtda “Heydər Əliyev irsi” kitabının təqdimatı keçirilib
- 19.04.2024 [15:06]