ELM VƏ TƏHSİL


“Qarabağım – sinə dağım” kitabı işıq üzü görüb

Bakı, 22 oktyabr, AZƏRTAC

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun böyük elmi işçisi, Azərbaycan Yazıçılar Birliyinin İrs Komissiyasının sədri Sonaxanım Hadıyevanın (Sona Xəyal) “Qarabağım – sinə dağım” kitabı nəşr olunub.

Akademiyadan AZƏRTAC-a bildirilib ki, kitabda müəllifin Qarabağdan və şəhidlərimizin qəhrəmanlıqlarından bəhs edən şeirləri, pyesləri, eyni zamanda, şəhidlərə həsr olunmuş sənədli hekayələri yer alıb. Hekayələrdə şəhid valideynlərinin övladları haqqında xatirələri, şəhidlərin keçdiyi döyüş yolu, onların vətənpərvərliyi, öz əksini tapıb.

Nəşrin redaktoru və “Ön söz”ün müəllifi institutun Əlyazmaların və əski çap kitablarının tərcüməsi şöbəsinin aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru Tünzalə Əlizadəqızıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.