İDMAN


“Qarabağ”ın Avropa Liqasında rəqibi olan “Sevilya” minimal hesabla qalib olub

Bakı, 21 oktyabr, AZƏRTAC

Oktyabrın 20-də futbol üzrə İspaniya La Liqasının IX turunun son qarşılaşmasında “Sevilya” doğma meydanda “Levante”ni qəbul edib.

AZƏRTAC xəbər verir ki, “Ramon Sançez Pizxuan” arenasında baş tutan görüşdə meydan sahibləri bir qolla qalib gəliblər. Oyunda yeganə qolu 86-cı dəqiqədə Luk De Yonq vurub. Beləliklə “Sevilya” doğma divarlar arasında “Levante”yə minimal hesabla qalib gəlib 1:0.

Günün digər maraqlı qarşılaşması “Real Soseydad” və “Real Betis” arasında baş tutub. Gərgin keçən oyunda Betis təmsilçiləri 3:1 hesabı ilə uduzub.

“Departivo Alaves” isə doğma divarlar arasında “Selta Viqo”nu 2:0 hesabı ilə məğlub edib. “Villarreal” isə səfərdə “Espanyol”u minimal hesaba üstələyib 0:1. “Atletiko Bilbao” və “Real Valladolid” qarşılaşmasında isə qalib müəyyənləşməyib.

İspaniya çempionatında IX turdan sonra turnir cədvəlinə 19 xalla “Barselona” liderlik edir. Madridin “Real” klubu isə 18 xalla ikincidir. “Atletiko Madrid” və “Sevilya” klubları isə 16 xalla müvafoq olaraq 5 və 6-cı pillədə qərarlaşıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.