İDMAN


“Qarabağ”ın Topaz Premyer Liqasında “Neftçi” komandasına qarşı keçirəcəyi oyunun vaxtı dəyişdirilib

Bakı, 20 avqust, AZƏRTAC

Azərbaycanı UEFA Avropa Liqasının play-off mərhələsində təmsil edən “Qarabağ” klubu Peşəkar Futbol Liqasına müraciət edərək oyuna daha yaxşı hazırlaşmaq məqsədi ilə Topaz Premyer Liqasının üçüncü turunda “Neftçi” komandasına qarşı keçiriləcək oyunun vaxtının dəyişdirilməsini xahiş edib.

AZƏRTAC Peşəkar Futbol Liqasının rəsmi saytına istinadla xəbər verir ki, Ağdam komandasının avrokuboklarda çıxışını və əsasnaməni rəhbər tutan Peşəkar Futbol Liqası “Qarabağ” – “Neftçi” matçının avqustun 25-dən avqustun 26-na keçirilməsinə qərar verib.

Bütün görüşlərin canlı yayımlanmasını təmin etmək məqsədi ilə hər iki klubun razılıq məktubundan sonra “Zirə” – “Sabah” matçı ilə bağlı da dəyişiklik reallaşıb. Həmin oyun isə avqustun 26-dan avqustun 25-nə keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.