İDMAN


“Qarabağ”ın UEFA Avropa Liqasının play-off mərhələsindəki rəqibi bəlli olub

Bakı, 14 avqust, Nicat Məmmədov, AZƏRTAC

“Qarabağ”ın UEFA Avropa Liqasının pley-off mərhələsindəki rəqibi bəlli olub.

AZƏRTAC xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda bu raundda “Linfild”lə üz-üzə gələcək.

Şimali İrlandiya çempionu UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsində Monteneqronun “Sutyeska” komandasını hər iki görüşdə məğlub edib - 2:1, 3:2.

Qeyd edək ki, UEFA Avropa Liqasının pley-off mərhələsində ilk oyunlar avqustun 22-də, cavab görüşləri isə bir həftə sonra keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.