İDMAN


“Qarabağ”ın UEFA Avropa Liqasının pley-off mərhələsindəki rəqibi məlum olub

Bakı, 25 sentyabr, Nicat Məmmədov, AZƏRTAC

Sentyabrın 25-də “Qarabağ” klubunun UEFA Avropa Liqasının pley-off mərhələsindəki rəqibi müəyyənləşib.

AZƏRTAC xəbər verir ki, bu, Polşanın “Legiya” klubudur. Varşava təmsilçisi III təsnifat mərhələsində Kosovonun “Drita” komandasını üstələyib - 2:0. Hər iki qol birinci hissədə vurulub. Pavel Vşolek 24-cü, Tomaş Pekhart isə 43-cü dəqiqədə fərqlənib. “Voyska Polskoqo” stadionunda təşkil olunmuş qarşılaşmanı türkiyəli referi Halis Özkahya idarə edib.

“Legiya” – “Qarabağ” görüşü də elə bu arenada keçiriləcək. UEFA Avropa Liqasında pley-off mərhələsi də bir oyundan ibarət olacaq. Bu səbəbdən, oktyabrın 1-də təşkil olunacaq qarşılaşmanın qalibi qrup mərhələsinə yüksələcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.