İDMAN


“Qarabağ”ın “Vorskla” və “Spotinq” ilə oyunlarına biletlər satışa çıxarılıb

Bakı, 10 oktyabr, Nicat Məmmədov, AZƏRTAC

Ağdamın “Qarabağ” futbol klubunun UEFA Avropa Liqasının qrup mərhələsinin üçüncü və dördüncü turunda Ukraynanın “Vorskla” və Portuqaliyanın “Sportinq” komandaları ilə Bakıda keçirəcəyi oyunların biletləri satışa çıxarılıb.

AZƏRTAC xəbər verir ki, ilk öncə Ağdam təmsilçisi oktyabrın 25-də “E” qrupunun üçüncü turunda Bakı Olimpiya stadionunda Ukrayna təmsilçisi ilə qarşılaşacaq. Noyabrın 29-da isə Qurban Qurbanovun yetirmələri Portuqaliyanın “Sportinq” klubunu qəbul edəcək.

Biletlərin qiymətləri sektorlara uyğun olaraq 1, 2, 3, 5 və 10 manat arasında dəyişir. VIP biletlər isə alıcılara 50 manata təklif olunur.

Biletlərin “qara bazar”a çıxarılmasının qarşısının alınması üçün onları ilkin mərhələdə iki satış məntəqəsindən - “Qarabağ” futbol klubunun fan-mağazalarından və Tofiq Bəhramov adına Respublika Stadionunun kassalarından, həmçinin “iticket.az” saytından əldə etmək mümkündür. Biletləri əldə edərkən şəxsiyyət vəsiqəsi təqdim olunmalıdır. Ətraflı məlumatla iticket.az saytından tanış olmaq mümkündür.

Qeyd edək ki, iki turdan sonra “E” qrupunda aktivlərində altı xalı olan İngiltərənin “Arsenal” və Portuqaliyanın “Sportinq” klubları turnir cədvəlinə başçılıq edirlər. Hesabında xal olmayan “Qarabağ” və “Vorskla” üçüncü və dördüncü yerləri bölüşürlər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.