ELM VƏ TƏHSİL


Qarabağın arxeoloji və etnomədəni irsinə dair konfrans keçiriləcək

Bakı, 27 aprel, AZƏRTAC

Mayın 21-də AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun təşkilatçılığı ilə “Qarabağın arxeoloji və etnomədəni irsi: tarix və gələcəyə baxış” mövzusunda onlayn elmi konfrans keçiriləcək.

Bu barədə AZƏRTAC-a institutdan bildirilib.

Konfransda aşağıdakı istiqamətlərdə müzakirələr nəzərdə tutulur:

- Qarabağın arxeoloji abidələrinin tədqiqi tarixi;

- Qarabağ abidələrinin hazırkı vəziyyəti və gələcək tədqiqatlar;

- Qarabağın alban irsi;

- Qarabağda etnodemoqrafik proseslər;

- Qarabağ əhalisinin ənənəvi təsərrüfat fəaliyyətinin, maddi və mənəvi mədəniyyətinin xüsusiyyətləri;

- Qarabağda etnoloji və antropoloji tədqiqatların perspektivləri.

Bu istiqamətlər üzrə 3 səhifə həcmində tezislər mayın 7-dək [email protected][email protected] elektron ünvanlarına göndərilməlidir.

Tezislərin tərtibi qaydaları:

- Tezislərin müəllif(lər)inin işlədiyi müəssisə və onun ünvanı, müəllifin elektron poçt ünvanı göstərilməlidir;

- Tezislər 3 dildə - Azərbaycan, rus və ingilis dillərində təqdim oluna bilər;

- Tezislərin mətnləri “Times New Roman”, 14 şrifti ilə, 1,5 intervalla yığılmalıdır;

- Tezislərin açar sözləri göstərilməlidir.

Konfransın keçirilmə tarixi ərəfəsində tədbir iştirakçılarının e-poçtlarına “Zoom” proqramının müvafiq linki göndəriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.