ELM VƏ TƏHSİL


Qarabağın biomüxtəlifliyinə və su ehtiyatlarına həsr olunan elmi konfransa tezislərin qəbulu yekunlaşır

Bakı, 5 may, AZƏRTAC

Mayın 20-21-də AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin təşkilatçılığı ilə “Qarabağın biomüxtəlifliyi, torpaq və su ehtiyatları: keçmişi, bu günü və gələcəyi” mövzusunda keçiriləcək onlayn konfransa tezislərin qəbulu bu gün başa çatır.

Bu barədə AZƏRTAC-a Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutundan məlumat verilib. Bildirilib ki, konfrans Qarabağın flora və faunasının işğaldan əvvəlki və mövcud vəziyyəti, dərman bitkiləri, mikrobioloji müxtəlifliyi, biotəhlükəsizlik məsələləri, bu bölgənin su ehtiyatları, tədqiqi, bərpası və səmərəli istifadəsi, işğaldan azad edilmiş ərazilərin meşə, otlaq ekosistemləri, Qarabağ zonasının genetik ehtiyatları və ərzaq təhlükəsizliyi, həmçinin yaşıl iqtisadiyyat və digər istiqamətləri əhatə edəcək.

Konfransda çıxış etmək istəyənlər tezislərini may ayının 5-nə kimi [email protected] ünvanına göndərməlidirlər.

Məktubun mövzu yerində “QARABAĞ – konfrans” sözlərinin yazılması tələb olunur. Tezislər Word A4 formatında, Arial 12 pt şrifti ilə (sahələr: hər tərəfdən 2 sm qoymaqla), sətirlərarası 1 qoymaqla, 1 səhifə həcmində olmalıdır.

Konfrans materialları elektron formada nəşr ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.