İDMAN


“Qarabağ”ın futbolçu Musa Qurbanlı gənc bombardirlərin siyahısına liderlik edir

“Qarabağ”ın futbolçu Musa Qurbanlı gənc bombardirlərin siyahısına liderlik edir

Bakı, 3 fevral, AZƏRTAC

Cari mövsüm Avropanın milli çempionatlarında 21 yaşadək futbolçular arasında ən çox qol vurmuş oyunçular bəlli olub.

AZƏRTAC xəbər verir ki, siyahıda Azərbaycan millisinin və “Qarabağ” klubunun hücumçusu Musa Qurbanlı da yer alıb. Gənc forvard 14 qolla Fransanın “Reyms” komandasının oyunçusu Folorin Baloqanla birlikdə 1-2-ci yerləri bölüşdürür.

İlk üçlüyü Portuqaliyanın “Benfika” klubunun futbolçusu Qonsalu Ramuş (12 qol) qapayır.

Qeyd edək ki, Musa Qurbanlı 2019-cu ildən "Qarabağ"da çıxış edir.

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.