İDMAN


“Qarabağ”ın futbolçusu Kadi Borgesin “Omoniya”ya vurduğu qollar ən yaxşılar siyahısında yer alıb

Bakı, 12 oktyabr, AZƏRTAC

UEFA Konfrans Liqasının qrup mərhələsinin ikinci turunda vurulan ən yaxşı qolları açıqlayıb.

AZƏRTAC xəbər verir ki, Ağdamın “Qarabağ” klubunun futbolçusu Kadi Borgesin Kiprdə “Omoniya”ya vurduğu hər iki qol ən yaxşılar siyahısında yer alıb.

Daha əvvəl 24 yaşlı braziliyalının 52-ci dəqiqədəki uzun məsafədən dəqiq zərbəsini azarkeşlər həftənin ən yaxşı qolu adına layiq görüblər.

Qeyd edək ki, qarşılaşma "Qarabağ"ın 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.