İDMAN


“Qarabağ”ın futbolçusu Marko Veşoviç Monteneqro millisində növbəti oyununa çıxıb

“Qarabağ”ın futbolçusu Marko Veşoviç Monteneqro millisində növbəti oyununa çıxıb

Bakı, 28 mart, AZƏRTAC

Ağdamın “Qarabağ” klubunun futbolçusu Marko Veşoviç “Avro-2024”ün seçmə mərhələsində növbəti oyununa çıxıb.

AZƏRTAC xəbər verir ki, o, ikinci turda Monteneqro millisinin heyətində Serbiyaya qarşı ev matçında oynayıb. Otuz bir yaşlı müdafiəçi start heyətdə yer alıb və sonadək mübarizə aparıb. M.Veşoviçin millidə 45-ci görüşündə komandası 0:2 hesabı ilə uduzub. Serbiyanın hər iki qolunu Duşan Vlahoviç (78 və 90+6 dəqiqə) vurub.

“Qarabağ”ın Monteneqro millisinin üzvü olan digər futbolçusu Marko Yankoviç isə zədəsi səbəbindən bu oyunu buraxıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.