İDMAN


“Qarabağ”ın futbolçusu Patrik Andrade Kabo-Verde millisində növbəti oyuna çıxıb

Bakı, 17 noyabr, AZƏRTAC

Ağdamın “Qarabağ” klubunun futbolçusu Patrik Andrade Kabo-Verde millisində növbəti oyuna çıxıb.

AZƏRTAC xəbər verir ki, o, “DÇ-2022”nin seçmə mərhələsində Nigeriya ilə səfər görüşündə iştirak edib. Matç 1:1 hesabı ilə başa çatıb. İyirmi səkkiz yaşlı yarımmüdafiəçi start heyətdə meydana çıxıb və 66-cı dəqiqədə əvəzlənib.

Qeyd edək ki, Kabo-Verde 11 xalla qrupu 2-ci yerdə başa vurub.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.