İDMAN


“Qarabağ”ın futbolçusu Türkiyəyə qarşı 90 dəqiqə oynayıb

Bakı, 17 noyabr, AZƏRTAC

Ağdamın “Qarabağ” klubunun yarımmüdafiəçisi Marko Veşoviç Monteneqro millisində növbəti oyununu keçirib.

AZƏRTAC xəbər verir ki, o, dünya çempionatının seçmə mərhələsi çərçivəsində Türkiyə millisi ilə qarşılaşmanın iştirakçısı olub.

Monteneqro yığması doğma meydanda qarşılaşdığı bu rəqiblə oyundan 1:2 hesablı məğlubiyyətlə ayrılıb. Start heyətdə meydana çıxan “Qarabağ”ın futbolçusu 90 dəqiqə oynayıb.

Veşoviçli Monteneqro yığması seçmə mərhələni 12 xalla 4-cü pillədə başa vurub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.