İQTİSADİYYAT


Qarabağın iqtisadi potensialı regional əməkdaşlığın genişləndirilməsinə yeni imkanlar yaradır

Bakı, 7 dekabr, AZƏRTAC

İqtisadiyyat Nazirliyində ölkəmizdə səfərdə olan Rusiya Federasiyası Dağıstan Respublikasının rəhbəri Sergey Məlikovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov Rusiya Federasiyası ilə əlaqələrin uğurlu inkişafını qeyd edib, iqtisadi potensialın reallaşdırılması, ticarət və investisiya əlaqələrinin gücləndirilməsinin önəmini vurğulayıb. Diqqətə çatdırılıb ki, Azərbaycanda yaradılmış əlverişli biznes və investisiya mühiti, həmçinin işğaldan azad edilmiş torpaqlarımızın böyük iqtisadi potensialı regional əməkdaşlığın, o cümlədən Rusiya Federasiyasının subyektləri ilə əlaqələrin genişləndirilməsinə yeni imkanlar yaradır. Nazir vurğulayıb ki, ölkəmizlə Dağıstan Respublikası arasında nəqliyyat, dövlət xidmətlərinin göstərilməsi, mədəniyyət, gənclər və idman, turizm sahələrində, eləcə də Dağıstanla Azərbaycanın şəhərləri arasında əməkdaşlıq haqqında müxtəlif sənədlər imzalanıb və uğurla icra olunur.

Sergey Məlikov ölkəmizə səfərindən məmnunluğunu ifadə edib, Rusiya Federasiyasının digər subyektləri kimi Dağıstan Respublikasının da Azərbaycanla tərəfdaşlığa böyük önəm verdiyini, bu baxımdan yüksək səviyyəli qarşılıqlı səfərlərin xüsusi rolunu vurğulayıb. İşgüzar dairələrin iştirakı ilə keçirilən tədbirlərin iqtisadi əlaqələrin dərinləşməsində əhəmiyyətini qeyd edən Sergey Məlikov əməkdaşlıq imkanlarına dair fikirlərini bölüşüb.

Tərəflər işgüzar dairələr arasında əlaqələrin intensivləşdirilməsi, özəl sektorun iqtisadi münasibətlərdə fəallığının artırılması ilə bağlı məsələlərə dair fikir mübadiləsi aparıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.