ELM VƏ TƏHSİL


“Qarabağın maddi-mədəni və mənəvi mədəniyyətı” toplusunun çap üçün müzakirəsi aparılıb

Bakı, 6 oktyabr, AZƏRTAC

AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib. Öncə institutun baş direktoru professor Abbas Seyidov iştirakçıları iclasın gündəliyi ilə tanış edib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, gündəlikdə duran birinci məsələ Azərbaycan Milli Elmlər Akademiyasının yeni strukturu barədə olub. Baş direktor iştirakçıları Nazirlər Kabinetinin “Azərbaycan Milli Elmlər Akademiyasının strukturunun və işçilərinin say həddinin təsdiq edilməsi haqqında” 2022-ci il 30 sentyabr tarixli qərarı ilə tanış edib.

Sonra institut əməkdaşlarının bu il apardıqları arxeoloji tədqiqatların qısa hesabatı dinlənilib. Elnur Vəliyevin “Azərbaycanın qəbir abidələrində zərdüştiliyin izləri” adlı məqaləsi Elmi şura üzvləri tərəfindən yekdil səslə çapa məsləhət görülüb.

“Qarabağın maddi-mədəni və mənəvi mədəniyyətı” toplusunun çap üçün müzakirəsi aparılıb.

Sonda cari məsələlərə baxılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.