İDMAN
“Qarabağ”ın müdafiəçisi Kevin Medina ən çox dəqiq ötürmə verən futbolçular sırasında yer alıb
Bakı, 6 oktyabr, AZƏRTAC
Futbol üzrə Avropa Konfrans Liqasının qrup mərhələsinin ikinci turunun statistik göstəriciləri açıqlanıb.
AZƏRTAC xəbər verir ki, “Qarabağ” klubundan Kevin Medina ən çox dəqiq ötürmə verən futbolçular sırasında yer alıb.
Kolumbiyalı müdafiəçi Kiprdə “Omoniya”ya 4:1 hesabı ilə qalib gəldikləri görüşdə 86 dəfə dəqiq ötürmə verib. O, bu göstəricidə İngiltərənin “Tottenhem” klubundan Kristian Romero ilə birlikdə 4-5-ci yerləri bölüşür.
Siyahının ilk pilləsində isə Danimarkanın “Kopenhagen” klubunun futbolçusu Nikolay Boylesen yer alıb. O, Cəbəllütariqin “Linkoln” komandası ilə oyunda (3:1) 106 dəfə dəqiq ötürmə verib.
“Qarabağ” Konfrans Liqasının 3-cü turunda Bakıda Qazaxıstanın “Kayrat” komandasını qəbul edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [19:57]
Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi olub
- 19.04.2024 [19:15]
Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb
- 19.04.2024 [18:07]
FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub
- 19.04.2024 [17:43]
Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib
- 19.04.2024 [16:23]
Fransalı gimnast: Bakı çox ecazkar və müasir şəhərdir
- 19.04.2024 [16:01]
Azərbaycan gimnastı: Karyeramda ən böyük dəstəkçim anamdır
- 19.04.2024 [15:55]
“Qəbələ” israilli futbolçu ilə vidalaşıb
- 19.04.2024 [15:51]
PFL-in prezidenti: Qəzadan sonra 9 dəfə əməliyyat olundum - MÜSAHİBƏ
- 19.04.2024 [15:19]