İQTİSADİYYAT


“Qarabağ”ın oyunu ilə əlaqədar “Gənclik” metrosunda gücləndirilmiş iş rejimi tətbiq olunacaq

Bakı, 21 oktyabr, AZƏRTAC

Bu gün Tofiq Bəhramov adına Respublika Stadionunda UEFA Konfrans Liqasının qrup turniri çərçivəsində “Qarabağ” futbol klubunun keçirəcəyi oyunla əlaqədar, arenanın yaxınlığında yerləşən “Gənclik” stansiyasında qarşılaşmanın keçirildiyi vaxt ərzində gücləndirilmiş iş rejimi tətbiq olunacaq.

“Bakı Metropoliteni” QSC-dən AZƏRTAC-a bildirilib ki, oyundan sonra sərnişinlərin təhlükəsiz və rahat daşınmasını təmin etmək məqsədilə bu stansiyaya yaxın obyektlərdə keçirilən kütləvi mədəni tədbirlərlə bağlı əməliyyat planına uyğun olaraq, keçidlərdə, vestibüllərdə və platformada müvafiq tədbirlər görüləcək. Ehtiyat qatarlar da nəzərdə tutulacaq. Zərurət yaranarsa, həmin qatarlar xəttə buraxılacaq. Həmçinin “Nəriman Nərimanov” stansiyasının normal iş rejimi şəraitində sərnişinlərə xidmət göstərməsi üçün tədbirlər nəzərə alınacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.