ELM VƏ TƏHSİL
“Qarabağın qara bağı” kitabı çapdan çıxıb
Bakı, 2 avqust, AZƏRTAC
AMEA Memarlıq və İncəsənət İnstitutunun direktor müavini, kulturologiya üzrə fəlsəfə doktoru, dosent Namiq Abbasovun “Qarabağın qara bağı” kitabı nəşr edilib.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, kitabın yazılmasında əsas məqsəd hər bir xalq üçün fundamental dəyər daşıyan ərazi bütövlüyünün, beynəlxalq səviyyədə tanınan sərhədlərin toxunulmazlığının təmin edilməsinə istiqamətlənən siyasi iradənin və xalq-iqtidar birliyinin mövcudluğunu göstərməkdir.
Kitabda qeyd olunur ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun Vətən müharibəsində qazandığı Qələbə nəticəsində Azərbaycan xalqının milli qüruru özünə qayıtdı. Artıq hər kəs Qarabağın qara bağının kəsilib atıldığı sevinci yaşamaqdadır. Qarabağ tezliklə cənnətə çevriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [18:40]
AzTU əməkdaşları beynəlxalq konfransda çıxış ediblər
- 19.04.2024 [18:26]
ADPU-da “Heydər Əliyev dərsləri” davam edir
- 19.04.2024 [18:04]
“Məhəmməd Füzuli və Şərq folkloru” - elmi konfrans
- 19.04.2024 [17:43]