İDMAN


“Qarabağ”ın sabiq futbolçusu Kipr çempionatında debüt edib

Bakı, 22 fevral, AZƏRTAC

Futbol üzrə Kipr çempionatında 26-cı turun oyunları keçirilib. “Apollon” doğma meydanda “Enosis”i 2:1 hesabı ilə məğlub edib.

AZƏRTAC xəbər verir ki, qış fasiləsində “Qarabağ”dan ayrılaraq, “Apollon”a keçən Donald Gerye komandada debüt edib. Matçda hesabı 69-cu dəqiqədə haitili futbolçu açıb. Bununla da 31 yaşlı futbolçu debüt oyununda fərqlənməyi bacarıb.

“Apollon”un heyətində “Qəbələ” və “Neftçi”nin keçmiş hücumçusu Baqali Dabo da meydanda olub.

“Apollon” 54 xalla turnir cədvəlində üçüncü pillədə qərarlaşıb. Limassol təmsilçisi lider “Omoniya”dan 2 xal geri qalır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.