İDMAN


“Qarabağ”ın sabiq qapıçısı Türkiyə klubu ilə müqaviləsini yeniləyib

Bakı, 20 noyabr, AZƏRTAC

Türkiyənin “Konyaspor” futbol klubu qapıçısı İbrahim Şehiçlə yeni müqavilə imzalayıb.

AZƏRTAC xəbər verir ki, Superliqa təmsilçisi bosniya və herseqovinalı qolkiperin sözləşməsinin müddətini 2023-cü ilin yayınadək uzadıb.

“Qarabağ”ın sabiq futbolçusunun əvvəlki müqaviləsi 2022-ci ilin iyununda başa çatmalı idi.

Qeyd edək ki, İbrahim Şehiç 2015-2018-ci illərdə “Qarabağ” klubunun formasını geyinib. O, “Konyaspor”a 2020-ci ilin avqustunda keçib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.