“Qarabağın tarixi–mədəni irsi” mövzusunda respublika elmi konfransı keçiriləcək
AzerTAg.az
Bakı, 19 yanvar, AZƏRTAC
Bu ilin noyabrında AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin təşkilatçılığı ilə “Qarabağın tarixi–mədəni irsi” mövzusunda respublika elmi konfransı keçiriləcək.
Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib. Bildirilib ki, tədbir Azərbaycan Prezidenti İlham Əliyevin 2022-ci ilin ölkəmizdə “Şuşa İli” elan edilməsi haqqında Sərəncamına uyğun olaraq təşkil ediləcək.
Konfrans üçün məruzələr iyunun 1-dək [email protected] və [email protected] e-poçt ünvanlarına göndərilməlidir.
Tədbir Qarabağın maddi-mənəvi irsi və muzeylər, Qarabağ abidələri, Qarabağ muzeyləri, Qarabağın görkəmli ziyalıları, Qarabağ irsinin muzey kolleksiyalarında təbliği məsələləri, Qarabağda müasir dövrdə aparılan mədəni quruculuq işləri və digər mövzuları əhatə edəcək.

Xəbərin mətnində orfoqrafik səhv var