ELM VƏ TƏHSİL


“Qarabağın təbii sərvətləri” mövzusunda vebinar keçiriləcək

Bakı, 19 yanvar, AZƏRTAC

Bakı Ali Neft Məktəbi (BANM) Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə “Qarabağın təbii sərvətləri" mövzusunda vebinar keçirəcək.

Bu barədə AZƏRTAC-a BANM-dən məlumat verilib. Bildirilib ki, yanvarın 21-də saat 16:00-da “Zoom” platforması üzərindən keçiriləcək vebinarda Qarabağın zəngin təbii sərvətləri barədə müzakirələr aparılacaq.

Vebinarda Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri, deputat Sadiq Qurbanov, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyev və BANM-in Neft-Qaz mühəndisliyi kafedrasının dosenti Qəşəm Zeynalov məruzəçi qismində çıxış edəcəklər. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.